Xəbərlər

Bayraq Günümüz mübarək

Qələbə ta qədimlərdən bəri Azərbaycana məxsus Qarabağ torpağınındır!

Bu Vətən müharibəsidir. Biz başda Ali Baş Komandan İlham Əliyev olmaqla Rəşadətli Ordumuza sonuna qədər  güvənirik və bu dövlətin bir vətəndaşı olaraq daima onların arxasındayıq. 

Hazırda ölkədə elə bir ruh yüksəkliyi var ki, kimliyindən, peşəsindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı Ali Baş komandanının ətrafında sıx birləşərək Vətən üçün səfərbərdir. Bu birlik qələbə qazanmağımız üçün ən böyük gücdür!

Ali baş komandanın rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə düşmən daha da geri çəkiləcək. Əminik ki, müqəddəs üçrəngli bayrağımız tezliklə işğal altında olan hər qarış torpağımızda qürurla dalğalanacaqdır.

Bu gün Azərbaycan Dövləti və hər bir Azərbaycan vətəndaşı birdir, bir ürəkdir, bu ürək Qarabağ üçün çırpınır! Qarabağ candır, Qarabağ Azərbaycandır! Allah bu yolda canını sipər etmiş həmvətənlərimizin yar və yardımçısı olsun.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):