Dr. Cəmil Babayev 2002 - ci ildə Elmi-Tədqiqat Kardiologiya İnsti- tutunda Kardiologiya üzrə inter-naturanı bitirdikdən sonra Mərkəzi Klinikada tibbi fəaliyyətinə başlamışdır. 2008-2009-cu illərdə Türkiyə Respublikasının Ankara şəhərində təkmilləşmə kursu keçmişdir. 2009 - 2014-cü illərdə Avstriyanın Vyana şəhərində yerləşən Vyana Tibb Universitetinin xəstəxanasında (Algemeines Krankenhaus der Stadt Wien) “Facharzt ausbildung” (uzmanlıq) keçmiş-dir. Kardiologiyanın bir çox sahələrində ixtisaslaşmışdır. Bunlardan Reanimasiya və İCU (reanimasiya və intensiv terapiya), Ürək görüntüləməsi və İnvaziv kardiologiyanı qeyd etmək olar. İnvaziv kardioloq kimi bütün müdaxilələri həyata keçirir. Ürək görüntüləmə sahəsində Exokardio-qrafiya və ürəyin maqnit rezonans tomografiyasını (ÜRƏK MRT-si) uğurla icra edir. Klinik praktik təhsildən əlavə Dr.Cəmil Babayev hər il dünyanın müxtəlif ölkələrində keçirilən müxtəlif elmi tədqiqat konqreslərində və təkmilləşmə kurslarında iştirak edir.
Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin göstərdiyi xidmətlər:
Stasionar:
- Kardioversiya
- Kardioreanimasiya
- Kardioloji stasionar
- Perikard punksiyasi
İnvaiz:
- Koronar angioqrafiya
- Ürək arteriyalarının stentlənməsi
- Ürək boşluqlarının kateterizasiyası
- Ətraf arteriyalarının angioqrafiyası və stentlənməsi
- Anadangəlmə ürək qüsurlarının əməliyyatsız (invaziv ləğvi)
- Ürəkdaxili cihazların (stimulyator, sinxron yığılma, şok) yerləşdirilməsi
- Aritmiyaların qeyri-invaziv (dərman müalicəsi) və invaziv (elektrofizioloji müayinə və ablasiya) yolla diaqnoz və müalicəsi
Poliklinik:
- Qan analizləri
- Holter monitoring
- Tredmil-stress test
- Elektrokardioqramma
- Stress exokardioqrafiya
- Ürək Kompüter Tomoqrafiya
- Rəngli Doppler exokardioqrafiya
- Transezofageal exokardioqrafiya
- Ürək Maqnit Rezonans Tomoqrafiya və digərləri.