Uşaqlarda autoimmun sistem xəstəlikləri və qlüten entropatiyaları (Seliakiy)
Pediatr Qastroenteroloq Hepatoloq Endoskopist Dr. Dilarə Bayramova : “Uşaqları xoşbəxt gələcəyə aparan yol sağlam və düzgün qidalanmadan başlayır!
Müasir tibbdə Avropa Uşaq Qastroenteroloqlar, Hepatoloqlar və Bəslənmə Cəmiyyəti (AUQHBC/ESPGHAN,2012) tərəfindən çölyak (Seliakiya) təkcə enteropatiya kimi deyil, həm də autoimmun sistem xəstəlik kimi baxılır. Bu xəstəliyin yaranma səbəbi olaraq qlüten və prolamin proteinlərinə qarşı bəzi insanlarda genetik olaraq həssaslıq və dözümsüzlüyə yatqınlığın olmasıdır. Qlütenin səbəb olduğu seliakiya xəstəliyi HLA, D2, D7 və D8 genləri olan xəstələrdə müxtəlif klinik əlamətlərlə təzahür edir.
Seliakiya xəstəliyi klinik olaraq aşağıdakı əlamətlərlə müşahidə olunur:
Çəkinin itirilməsi,böyümə və inkişafın geri qalması,yorğunluq, anemiya, qarında şişkinlik, ishal, ürəkbulanma, qarında ağrılar, qusma, oynaq ağrıları, osteoparoz, qıcolmalar,ödem,dermatit,alopesiya, stomatit, diş emalının hipoplaziyası, dil yanması, reproduktiv funksiyaların pozulması.
Aşağıda sizə Autoimmun hepatitli xəstələrimizin sağaldıqdan sonra bizim üçün çəkdikləri şəkillərini təqdim edirik:
Aşağıda təqdim olunan şəkildəki qızımız Xoralı Kolitfən sağaldıqdan sonra bizim üçün şəkil çəkdirmişdir.
Yuxarıda sadaladığımız şikayətlərdən başqa aşağıdakı rastlanan hallarda da mütləq seliakiya inkar olunmalıdır:
- Anemiya
- Sonsuzluq
- Osteoparoz
- Genetik sindromlar
- Selektiv İg A defisiti
- Autoimmun xəstəliklər
- Qaraciyər funksiyasının pozulması
- Epilepsiya və digər nevroloji xəstəliklər
- Bağırsağın xroniki iltihabi xəstəlikləri
- Ailədə və qohumlarda seliakiya rastlanan xəstələr
Seliakiya özü tək halda rastlandığı kimi aşağıdakı xəstəliklərlə birlikdə də təzahür edə bilər:
- Genetik xəstəliklər (Daun,Turner)
- Hepatobiloar sistem xəstəlikləri (primer biliar sirroz, autoimmun hepatit, autoimmun xolangit)
- Ürək - damar sistemi xəstəlikləri (idiopatik dilatasyon kardiomiopatiya, autoimmun miokardit)
- Revmatoloji-sistem xəstəlikləri (sistemli qırmızı qurdeşənəyi, revmatoid artrit, Şeqren sindromu, Psoriaz)
- Mədə-bağırsaq sisteminin digər xəstəlikləri (xoralı kolit, irritabl(qıcıqlanmış) bağırsaq sindromu, Kron xəstəliyi)
- Nevroloji xəstəliklər (beyincik ataksiyası, epilepsiya, miqren, depressiya, həyəcan pozğunluqları, autistik spektr pozğunluqları)
- Endokrin sistem xəstəlikləri (qalxanvari vəzin autoimmun prosesləri, osteoparoz, Adisson xəstəliyi, reproduktiv funksiyaların pozulması)
Bu xəstələrə həkimin nəzarətində spesifik individual müalicə tətbiq olunur. Bizə müraciət edən kiçik pasientlərin tətbiq etdiyimiz müalicə üsulu ilə fiziki passiv həyat tərzindən, yataq rejimindən çıxmasına və uzunmüddətli dərman müalicəsindən xilas olmasına müvəffəq oluruq. Məqsədimiz bu xəstəliklərdən uzunmüddət əziyyət çəkən övladlarımızın şikayətlərinə son qoymaqdır!
Mərkəzi Klinika MMC
Parlament pr. 76,
Bakı AZ1006, Azərbaycan
Tel: (+994) 12 492 10 92 daxili. (4) 7974