Xəbərlər

Yuxu Laboratoriyasının 10 illik yubileyi

Azərbaycanda ilk dəfə Mərkəzi Klinikada təsis edilmiş Yuxu Laboratoriyasının yaranmasından 10 il keçir. 

Mərkəzi Klinikanın Yuxu Laboratoriyasının müdiri, kardioloq, professor Yusif Nağıyev başda olmaqla kollektivi təbrik edir və işlərində uğurlar arzulayırıq. 

Yuxu problemlərindən əziyyət çəkənlər üçün dünyada xüsusi yuxu laboratoriyaları mövcuddur. Azərbaycanda isə bizim səhiyyəmiz üçün tam yenilik olan ilk belə yuxu laboratoriyası 2010-cu ildə yaradılıb. Laboratoriyada yaradılmış xüsusi otaqda bir gecə, videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq edilir. Monitorinqə beyin potensialları, qanda oksigen təminatı, tənəffüs sanksiyası, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və sairə kimi təhlillər aparılır.

Mərkəzi Klinika MMC
Parlament pr. 76, 
Bakı AZ1006, Azərbaycan

Tel:   (+994) 12 492 10 92 daxili. (4) 7974


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):