Yarımçıq doğulmuşların retinopatiyası vaxtında diaqnoz qoyulmazsa və müalicə olunmazsa korluğa qədər gedə bilən ciddi bir xəstəlikdir.
Əziz valideynlər, övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq müayinəsinə gətirin! Siz körpənizin ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərsiniz. Körpənizin 4-5 aylığında ona göstərilən əşya və oyuncaqlara baxmadığını, göz təması qura bilmədiyini müşahidə edib gec bir zamanda həkim-oftalmoloqa müraciət etsəniz gecikə bilərsiniz. Buna görə də ilk gündən körpənizin qayğısına qalın. Övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq müayinəsindən keçməlidir!