Xəbərlər

Fetoplasentar yetməzlik və onun zəncirvari nəticələri

Fetoplasentar yetməzlik,  Anhidroamnion, Sağrı gəlişi, Plasenta, Cift. Qadın orqanizmində müvəqqəti struktur olmasına baxmayaraq bir çox mühüm funksiyası var.

  • Qidalanma
  • Tənəffüs
  • Endokrin
  • Mübadilə
  • İmmun

Dünyaya tərs gəlməyi seçən bu körpəmiz son 2 aydır ki, bizdən ayrıla bilmirdi. Təkrar doppler, kardiotokoqrafiya müayinələri ilə, demək olar ki, hər həftə öz ürəyinin səsini bizə dinlətdirirdi.  Plasentasının qidalanma və tənəffüs funksiyası pozulduğundan  müayinə zamanı normadan kənaraçıxmalara təsadüf olunurdu.. Və ən əsası, dölyanı mayenin miqdarı çox az idi. Şiddətli oliqohidroamnion. Belə halda, dölün uşaqlıq daxilində sərbəst hərəkəti məhdudlaşdığından sağrı gəlişinin yaranma ehtimalı artır. Yəni bu zaman döl başı uşaqlığın dibi, sağrıları ananın çanağı istiqamətində olur. Hamiləliyin 32 həftəsindən sonra dölün başı ananın çanağı istiqamətində çevrilməlidir.Lakin aşağıdakı bir çox səbəblər buna əngəl olur.

  • Ana faktoru - uşaqlığın inkişaf anomaliyaları, uşaqlıq boşluğunu daraldan böyük ölçülü mioma, dar çanaq
  • Döl faktoru-çoxdöllü, çoxsululuq,azsululuq, dölün baş beyninin inkişaf anomaliyaları
  • Plasentar faktor- cift gəlişi

Dünyaya keysəriyyə ilə gəlməsinə yardımçı olduğumuz körpəmizə tərs gəlməsinə baxmayaraq, həyatdakı bütün işlərinin düz getməsini arzulayırıq!

 

T.E.N. Dr.Mahirə İsmayılova Əməkdar həkim, mama-ginekoloq, Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri.   

 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):