Şahidi olduğumuz son hadisələr, yayılmış kəskin virus infeksiyaları şəxsi gigiyena qaydalarınının önəmini bir daha vurğulamış oldu.
Bu sadə qaydalara əməl etməklə həm özümüzün həm də ətrafımızdakı insanların sağlamlığını sığortalamış olarıq. Mütləq şəkildə əməl etməli olduğumuz şəxsi gigiyena qaydaları:
- Ən azı 20 saniyə əllərinizi axan su altında tez-tez yuyun.
- Sabun və su olmadıqda, ən az 60% spirt ehtiva edən əl təmizləyici vasitədən istifadə edin. Bu, ictimai nəqliyyatdan istifadə etdikdən sonra xüsusilə vacibdir.
- Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin.
- Mümkün olan hər hansı bir şəkildə xəstə insanlarla yaxın təmasdan çəkinin.
- Tibbi maskalardan istifadə edin.
- İctimai yerlərdə məsafənizi saxlayın.
- Üzünüzü asqıran və öskürən zaman birdəfəlik salfet və ya qol ilə örtün.
- Evdə və işdə tez-tez istifadə olunan əşyalar və səthləri, xüsusən də bir telefon, açarlar, eynəkləri yuyun və dezinfeksiya edin.
- Evə gələrkən geyimlərinizi dərhal dəyişin.
- Özünüzü pis hiss edirsinizsə, qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə evdə qalın və həkimə xəbərdarlıq edin.
- Çiy və az bişmiş ət və ət məhsullarından uzaq durun.
Həmçinin hər bir hal dolayısı ilə orqanizmin öz potensialına da bağlıdır. Yəni güclü immunsistemi virus infeksiyaları ilə mübarizədə ən yaxın köməkçimizdir. Zəif immun sistemi isə viruslar üçün əlverişli mühitdir.
Düzgün qidalanmaqla, daim aktiv hərəkətdə olmaqla, geyimimizə fikir verməklə immun sistemi gücləndirmək lazımdır. Daha çox xeyirli, mineral və vitamin tərkibli qidalar qəbul edin. Meyvə və tərəvəzə üstünlük verin. Bolca su istehlak edin.
Ən önəmlisi panikaya düşmədən, şəxsi gigiyena qaydalarına əməl etməklə bu dəhşətli virusa qalib gələ biləcəyinizi unutmayın!