Hörmətli pasientlərimiz, nəzərinizə çatdırırıq ki, son günlər Ümumrespublika səviyyəsində həyata keçirilən gigiyena və dezinfeksiya tədbirləri Mərkəzi Klinikada ən yüksək səviyyədə həyata keçirilir. Bu barədə həm müalicə alan xəstələr, həm də ki, personal mütamadi olaraq maarifləndirilir.
Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən nəzərdə tutulan tədbirlər son ciddiyəti ilə Mərkəzi Klinikada da tətbiq edilir və bu işlərə birbaşa rəhbərlik tərəfindən xüsusi nəzarət həyata keçirilir.
Hazırda Mərkəzi Klinikada müalicə və müayinə üçün tam etibarlı və təhlükəsiz şərait təmin edilmişdir. Dişlərinizin sağlamlığını hər zaman olduğu kimi, bu günlərdə də Mərkəzi Klinika Stomatologiyaya etibar edə bilərsiniz.