Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanaları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında tibb sahəsində əməkdaşlıq münasibətləri gündən-günə genişlənir və inkişaf edir. Belə ki, iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Agentliyin tabeliyinə verilmiş tibb müəssisələrinin onlarla mütəxəssisi Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanalarında öz ixtisasları üzrə təkmilləşmə kursu keçir müasir müalicə metodlarını mənimsəyir və bu işlər hazırda da davam edir. Agentliyin tabeçiliyində olan tibb müəssisələri tərəfindən xəstəxanalarımıza göndərilən, müalicələri yüksək tibbi texnalogiyalar və peşəkar mütəxəssislər tələb edən yüzlərlə ağır xəstələr müalicə edilərək sağlamlığına qovuşur.
Bu günlərdə Agentlik tərəfindən mövcud əməkdaşlıq münasibətlərinə yüksək qiymət verilərək Mərkəzi Klinikaya və onun kollektivinə xüsusi təşəkkür ünvanlanmışdır.
Mərkəzi Klinika rəhbərliyi də öz növbəsində bu əməkdaşlıqdan xüsisi məmnuniyyət hissini ifadə edir və əməkdaşlığımıza yüksək qiymət verdikləri üçün Agentliyin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirir. Qısa müddət ərzində respublikamızda icbari tibbi sığorta sisteminin tətbiqi sahəsində böyük uğurlar əldə etdiklərinə görə təbrik edirik. İnanırıq ki, 2020-ci ildə icbari tibbi sığorta sistemi respublikamızın bütün ərazisini və əhalisini əhatə edəcək və Mərkəzi Klinika Bakı və Gəncə Xəstəxanaları ilə əməkdaşlıq bundan sonra daha da geniş və sıx xarakter alacaq.
Hörmətlə;
Mərkəzi Klinika Rəhbərliyi