Cinsiyyət orqanında keçirdiyi ilk əməliyyatında şanssızlıq yaşayan qaqaşımız ciddi problemlərlə bizə müraciət etdi.
Daha öncə başqa mərkəzdə Hipospadiya (Peyğəmbər, anadangəlmə yarım sünnətli) diaqnozu ilə əməliyyat olunub. Bizə müraciət etdiklərində artıq 6 yaşı var idi. Sidiyə getmədə ciddi çətinlik çəkirdi, cinsiyyət orqanının alt hissəsində şar kimi şişirdi (divertikul ) və davamlı sidik damcılaması mövcud idi. Və cinsiyyət orqanınında əyrilik. Təbii ki bu halda gələcəkdə cinsi həyati mümkün olmayacaqdı. Əməliyyatı 1 etapa eləmək mümkün olmadığı üçün 2 etap əməliyyata qərar verdik. İlk seansda sünnət dərisindən içərisindən cinsiyyət orqanının alt hissəsinə yama qoyduq. Qaqaş bu dəfə şanslı oldu, ilk əməliyyat uğurla nəticələndi. 6 ay sonra 2-ci seans əməliyyatı icra olunacaq və İnşallah balaca kişinin bütün yaşadığı çətinlikləri geridə qoyacağına inanırıq.
Uşaq cərrahı dr. Fuad Hüseynov

