Xəbərlər

Yarımçıq doğulmuşların retinopatiyası

Erkən doğulmuş körpələrin ən vacib göz problemlərindən biri “yarımçıq doğulmuşların retinopatiyası” dır. (Retinopathy of Prematurity – ROP). Bu vaxtından əvvəl  və az çəki ilə doğulmuş uşaqlarda müşahidə edilən bir patologiyadır.   Normal vaxtında doğulmuşların gözlərindəki  damar sistemi doğulana qədər tam formalaşır. Uşaq doğulduqdan sonra da inkişaf davam edir.  Erkən və az  çəkili  doğuşlarda  bu inkişaf prosesi tamamlanmadan uşaq doğulur. Uşaq doğulduqdan  sonra  da bu  inkişaf davam edir. Bir çox risk faktorunun da təsiri ilə gözdəki damarlar anormal formalaşır. Bu yeni damarlar uşağın retinasına yəni ağ təbəqəsinə təsir etdiyi üçün  daimi korluğa səbəb ola bilər.

Risk faktorları nədir? Yarımçıq  doğulmuşların  retinopatiyasının  inkişafında bir çox  faktorlar  rol oynayır. 1. Erkən doğum həftəsi 2. Aşağı  doğum  çəkisi 3. Oksigen müalicəsinin müddəti 4. Əlavə olaraq  təkrarlanan tənəffüs problemi 5. Ağır infeksion xəstəliklər 6. Qan  köçürülməsi 7. Beyin qanaxması 8. Ağciyərlərin  açılmaması 9. Ürəkdə dəlik olması  Çəkisi 2000 qr –dan  aşağı və doğum  həftəsi 35-dən az olan  uşaqlar ən böyük risk qrupundadır.

Risk altındakı uşaqlar necə müşahidə olunur?   Hamiləliyin 35-ci həftəsindən əvvəl doğulan və 2000 qramdan aşağı doğum çəkisi olan bütün yenidoğulmuşlar risk altındadır və retinaları damarlanma müddəti bitənə qədər müayinə olunmalıdır. Həm də vaxtından əvvəl doğulan uşaqlarda refraksiya, çəpləşmə, katarakta, qlaukoma vaxtında doğulmuş uşaqlardan daha çox rast gəlindiyi üçün 1 yaşından sonra müayinə olunmalıdır.

Nə zaman rast gəlinə bilər ?    Vaxtından əvvəl doğulmuşların retinopatiyası daha çox doğumdan sonra körpənin 6-8-ci həftələrində üzə çıxır.    28 həftəlik doğulan uşaqlarda 40-cı gündən etibarən həkim tərəfindən müayinə edilməlidir. Bu səbəblə yuxarıda sayılan  bütün risk qrupundakı uşaqlar doğulandan sonra 4-6 həftəlik olduqlarında mütləq təcrübəli mütəxəssis, göz həkimi  tərəfindən müayinə edilməlidir. Bu vaxt ərzində xəstəxanada yatmaqda olan uşaqların müayinəsi küvezdə aparılır. Xəstəliyin mərhələləri var  Bu xəstəlikdə retina  təbəqəsinin damarları zədələnir və 5 mərhələsi vardır. I və II mərhələdə xəstəlik öz-özünə  geriliyə bilər. Bu uşaqlar retina təbəqəsi tam formalaşana (yəni esasən doğulmalı olduğu tarixə) qədər izlənilməlidir.  Ancaq 3-cü mərhələdən etibarən lazer və ya dondurma müalicəsi (kriyo) lazımdır. Bu edilmədiyində xəstəlik  irəliləyər və son IV və V mərhələdə retina təbəqəsi geri  dönüşü olmayan zərər görər. Əməliyyatla düzəlmə şansı  azalar və ən sonunda korluq əmələ gələ bilər. Yarımçıq  doğulmuşun retinopatiyası vaxtında diaqnoz qoyulmazsa və müalicə olunmazsa korluğa qədər gedə bilən ciddi bir xəstəlikdir.

Əziz valideynlər, övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq müayinəsinə gətirin! Siz körpənizin ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərsiniz. Körpənizin 4-5 aylığında ona göstərilən əşya və oyuncaqlara baxmadığını, göz təması qura bilmədiyini müşahidə edib gec bir zamanda həkim-oftalmoloqa müraciət etsəniz gecikə bilərsiniz. Buna görə də ilk gündən körpənizin qayğısına qalın. Övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq müayinəsinə keçməlidir!


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):