Xəbərlər

Vaxtından əvvəl doğum

Mərkəzi Klinik Xəstəxananın Pediatriya-neonatologiya şöbəsinin müdiri Sevda Əsədova bildirib ki, uzun illər sonsuzluqdan əziyyət çəkən və bir çox ağır problemləri olan qadın xəstəxanada vaxtından əvvəl, hamiləliyin 24-cü həftəsində körpə dünyaya gətirib.

Ananın vəziyyəti çox ağır olduğu üçün körpənin də yaşama şansı çox aşağı olub. Həkimin sözlərinə görə, bu, ekstremal az çəki sayılır, belə körpələrin yaşama şansı çox aşağı qiymətləndirilir.

S. Əsədova deyib ki, körpənin yaşaması üçün xəstəxananın neonatoloq briqadası, kardioloq, nevroloq, travmatoloq, fizioterapevt, Lor, oftalmoloq, uşaq cərrahiyyəsi mütəxəssisləri çalışıb. Artıq onun ümumi vəziyyəti normal sayılır, çəkisi 1500 qrama çatdırılıb, eşitməsi, görməsində heç bir problem yoxdur.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):