Tədbirdə Səbayil rayonu üzrə Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərovda iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzi Klinikanın Mülki Müdafiə mütəxəssisi Nizami Abışov fövqəladə halların və mülki məsələlərin aktuallığını qeyd etmiş və bu hadisələrə hazır olmanın vacibliyini bildirmişdir. Mərkəzi Klinikanın Fövqəladə Hallar Komissiyasının Mülki Müdafiə üzrə qərargah rəisi Çingiz Salahov klinikada bu sahədə tərtib olunmuş illik proqram çərçivəsində tədbirlərin keçirildiyi və əsas məqsədin maarifləndirmə xarakterli olduğunu bildirilmişdir.
Tədbirdə çıxış edən Səbayil rayonu üzrə Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov fövqəladə vəziyyətlərdən heç kimin sığortalanmadığını vurğulamış və buna görədə Fövqəladə Hallar Nazirliyinin əsas məqsədi bu tədbirlərin baş verməməsi üçün profilaktik önləyici tədbirlərin hazırlanması və həyata keçirilməsi olduğunu nəzərə çatdırmışdır. Xəstəxanın mülki müdafiə ilə bağlı işi yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq, hər bir müəssisənin bu istiqamətdə məsuliyyətli şəkildə fəaliyyət göstərməsini xüsusilə qeyd etmişdir. Tədbirin sonunda fövqəladə hallar zamanı görülən işləri əks etdirən videoçarxlar nümayiş olundu.




