29 yaşlı xəstəmiz uzun müddətdir ki, Polikistik böyrək xəstəliyindən əziyyət çəkirdi. Eyni zamanda bu xəstəlik nəticəsində xəstədə xroniki böyrək yetməzliyi yaranmışdı. Xəstə bizə müraciət etdiyində dializə girmə mərhələsində idi. Başda Ümumi cərrah, transplantoloq Dr.Tariyel Nadirov olmaqla orqan nəqli komandası tərəfindən öncə xəstənin polikistik böyrəkləri alındı. Bu böyrəklərin çəkisi 5 kq təşkil edirdi. Xəstəyə eyni zamanda həyat yoldaşından qapalı üsulla alınan böyrək nəqli uğurla həyata keçirildi. Hal-hazırda hər iki pasientin vəziyyəti stabildir. Bu gün normal vəziyyətdə evə yola salındı. Biz öz növbəmizdə, komandamız tərəfindən xəstəyə şəfalar diləyirik.
Həyat yoldaşından gələn hədiyyə
