12.12.2019Ulu öndərsiz 16 il!                 11.12.2019Ümummilli liderimizin anım günü!                 05.12.2019Mərkəzi Klinikaya təşəkkür!                 20.11.2019Sağlamlığına qovuşan balaca igidimiz!                 18.11.2019Laborator analiz paketində ENDİRİM!                
      

Xəbərlər

Ağdamda humanitar tibbi aksiya: Qarabağa sağlam nəsillə qayıdaq

Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsinin müdiri, Əməkdar həkim Mahirə İsmayılovanın rəhbərliyi ilə tibbi heyət mayın 11-də Ağdam rayonunun Ergi ərazisindəki Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib.

Tibb elmləri namizədi Mahirə İsmayılova bildirib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Birinci vitse-prezident Mehriban Əliyeva da diqqət və həssaslıqla yanaşır. Dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək məqsədilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi, Şuşa Rayonu İcra Hakimiyyəti, Şuşa Rayon Mərkəzi Xəstəxanası ilə birlikdə “Qarabağa sağlam nəsillə qayıdaq” layihəsinə başlamışıq.

“Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altında olsa da, hər bir azərbaycanlı əmindir ki, biz Qarabağımıza qayıdacaq, quruculuq işləri aparacağıq. Bunun üçün bizə sağlam nəsil lazımdır. Sağlam nəsil isə sağlam qadından başlayır. Bu fikri rəhbər tutaraq biz “Qarabağa sağlam nəsillə qayıdaq” devizi ilə layihəyə start verdik. Layihəyə birinci olaraq təmas xəttində yerləşən Ağdam rayonunun Mirzələr qış yatağında məskunlaşan məcburi köçkünləri cəlb etdik”, - deyə M.İsmayılova bildirib.

Xeyriyyə aksiyası zamanı Ağdam, Şuşa və Laçın rayonlarından olan məcburi köçkün qadınlar ginekoloji müayinədən keçirilib, onlara ilkin diaqnoz qoyularaq müvafiq müalicə təyin edilib, maarifləndirici materiallar, pulsuz dərman və hədiyyələr paylanılıb.

Aksiya məcburi köçkünlər tərəfindən razılıqla qarşılanıb. Respublikamızın digər ərazilərində məskunlaşan məcburi köçkün qadınlar üçün də tibbi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Aksiya ilə bağlı video süjeti izləmək üçün tıklayın!


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):