Mərkəzi Klinika kollektivi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümüdür. Mərkəzi Klinika kollektivi bu gun Fəxri xiyabana gederək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.



