Dekabrın 10-də Mərkəzi Klinikada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
Mərkəzi Klinikanın rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

