Xəbərlər

Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Mərkəzi Klinikanın Neonatologiya şöbəsinin təşkilatçılığı ilə 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Artıq 9 ildir ki, dünyada 17 noyabr – Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü olaraq qeyd edilir. 2009 cu ildə bu gün ilk dəfə Vyanada Müqəddəs Mixail meydanında Vyana Universitetinin Prof. Arnold Pollak və Angelika Berger tərəfindən keçirilib. Məqsəd vaxtından əvvəl doğulmuş körpələrin problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək olub.

Bizim ölkədə artıq 3 ildir ardıcıl bu gün qeyd edilir.

Bu gün münasibəti ilə təşkil olunan konfransda bir sıra yerli və türkiyəli elm xadimləri, pediatr və neonatoloqlar iştirak edib. Tədbir Klinikanın Baş Direktoru Həsən Qəndilov tərəfindən açıq elan olunduqdan sonra bir sıra tibbi aktual mövzularda çıxışlarla davam etdirilib. Türkiyədən dəvət olunmuş Prof. Dr. Murat Yurdakök, Prof. Dr. Şule Yiğit, Prof. Dr. Ömer Erdeve, doc.Dr. Hasan Tolga Çelik-lə yanaşı, respublikamızın pediatriya və neonatologiya üzrə bir sıra elmi nailiyyətlərə imza atmış həkimləri – T.ü.f. Dr. Sevda Əsədova, Dr. Vəfa Hacıyeva, uşaq kardioloqu Dr. Vəli Behbudov, uşaq cərrahı T.ü.f. Dr. Fuad Hüseynov, T.ü.f. Dr. Nailə Rəhimova, Dr. Rəna Əmirova vaxtından əvvəl doğulmuş uşaqlarda rast gəlinən xəstəliklərlə bağlı məqalələrlə çıxış edib.

Konfrans həm türkiyəli qonaqlar, həm yerli mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb, bu cür beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi yüksək qiymətləndirilib.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):