Xəbərlər

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibəti ilə geniş tədbir keçirilmişdir

May ayının 7-də Mərkəzi Klinikada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Baş direktor Dr. İxtiyar Sultanov açaraq ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir. O, ulu öndərin həyat və fəaliyyəti barəsində toplantı iştirakçılarına geniş məlumat verərək, bildirmişdir ki, müasir, yeni Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu dahi şəxsiyyət bütün təcrübəsini, siyasi biliklərini ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşması istiqamətində səfərbər etmişdir. Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki , onun ölkə üçün gördüyü nəhəng işlərin, dəyərli və əzəmətli ideyaların həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, onun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycan müstəqilliyinin son 24 ili ərzində həyatımızın bütün sahələrində əldə olunan uğurlar məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvü, Mərkəzi Klinikanın mütəxəssis həkimi Ofelya Hümbətova geniş məruzə ilə çıxış etmişdir.

Tədbirin sonunda görkəmli şəxsiyyətin həyat yolunu əks etdirən video çarx göstərildi.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):