Xəbərlər

T.e.d Kamran Musayev Kiprdə Ulusal Vaskulyar və Endovaskulyar Cərrahiyyə Konqresində iştirak edib

9-12 noyabr 2017-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girne şəhərində Türkiyənin Ulusal Vaskulyar və Endovaskulyar Cərrahiyyə Dərnəyinin 18-ci Milli Konqresi keçirilib. Dünyanın bir çox ölkəsinin qabaqcıl mütəxəssislərinin iştirak etdiyi toplantıda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.

Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

Konfransda “Aşağı ətrafın kritik işemiyasında distal bypassların aktual rolu” mövzusunda çıxış edən Dr.Kamran Musayev bu sahədə bu günə qədər həyata keçirilən əməliyyatlarda əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Ayrıca konqresin aparıcı sessiyalarından birində həmsədrlik vəzifəsini icra edib.

Dr. Kamran Musayev praktik fəaliyyətlərində daim dünya ürək – damar cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün bu kimi beynəlxalq konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib.

“Ulusal Vaskulyar və Endovaskulyar Cərrahiyyə Dərnəyinin konqresində iştirak etməklə ürək-damar cərrahiyyəsində ölkəmizin əldə etdiyi nailiyyətlər barədə həmkarlarımıza məlumat vermək imkanımız oldu. Eyni zamanda ürək və damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərlə elmin son yenilikləri ətrafında fikir mübadiləsi apardıq. Mütəmadi olaraq dünyanın tanınmış cərrahlarının iştirak etdiyi bu cür konfranslar bizə həm təcrübə mübadiləsi aparmağımıza, həm də elmin yeni trendlərini təqib etməyimizə imkan verir.”

 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):