24 Sentyabr 2017 tarixində Rumıniyada Avrasiya Ürək Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən növbəti konqreslə bağlı təntənəli tədbir keçirilmişdir. İaşi şəhərinin Mədəniyyət Sarayında baş tutan tədbirdə Mərkəzi Klinikanın baş həkimi, ürək-damar cərrahı T.e.d. Kamran Musayev cəmiyyətin aktiv və fəxri üzvü seçilərək, xüsusi sertifikatla təltif olunmuşdur.
Mərkəzi Klinika adından cəmiyyətin sədri Prof. Dr. Grigore Tinicaya və idarə heyətinin üzvlərinə təşəkkürümüzü bildiririk!

