Populyar məqalələr

Onurğa beyni şişlərinin müalicəsi

Onurğa iliyindən, onurğanın özündən vә zәrindәn çıxan “primer” adlı törәmәlәrin ilkin müalicәsi mikrocәrrahiyyədir. Onurğadan kәnara yayılan (metastatik) proseslәrә görә әmәliyyatdan әlavә kimyaterapiya, dərman müalicәsi vә radioterapiyaya ehtiyac ola bilәr. Ancaq adətən onurğa vә onurğanın әtrafındaki zәrlәrdә әmәlә gәlәn törәmәlәrin müalicәsi cәrrahiyyə ilə aparılır vә uğurlu әmәliyyatdan sonra bu törәmәlәrin tәkrarlanma ehtimalı çox azdır! Bu sәbәbdәn də neyrocәrrahiyyə әsas müalicә üsulu sayılır. 

Onurğadan kәnara yayılan törәmәlәrdә әmәliyyatdan sonra kimyaterapiya vә radioterapiya olunur. Әmәliyyatdan sonra fәrqli profillәr üzrә mütәxәssislәr әzәlәlәrin güc vә tonusunu artıran bir qrup seanslar aparır. Bәzi hallarda 3-6 ay müddәtindә aparılan mәşğәlәlәr nәticәsindә pasientin әvvәlki әzәlә gücü bәrpa olunur.

Neyrocərrah Dr. Coşqun Məmmədov


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):