Xəstə huşunu itirərək yıxılır. Bədəni qıc olur, başı, qolları və ayaqları şiddətli şəkildə titrəməyə başlayır. Bu xəstəyə tibbi yardım gələnə kimi necə kömək edə bilərsiniz. Bunun üçün bu xəstəlik haqqında bəzi şeyləri qeyd edək.
Epilepsiya beyin xəstəliyidir və qıcolma adlanan qısa epizodlara səbəb olur.
Qıcolmalara səbəb nədir?
Araşdırmalara görə qıcolmaya səbəb beyin hüceyrələrində elektrik hərəkətinin normal olmayan artmasıdır. Lakin bu dəyişikliyin səbəbi hələ bilinmir.
Biri qıcolma tutması keçirərkən nə edə bilərsən?
Xəstənin yaxınındakılar, xəstənin həyati təhlükəsi olmayan pozisiyada durmasına və rahat nəfəs almasına şərait yaratmalı, tutma keçənə kimi xəstəyə müdaxilə etməməli və tutma bitənə qədər gözləməlidir. Tutma 5dəqiqədən artıq davam edərsə və ya tutma bitdikdən sonra qısa zaman ərzində yeni tutma başlayırsa , ya da qıcolma tutması bitdikdən sonra xəstənin huşu qayıtmırsa təcili yardım çağırılmalıdır.
Qıcolma tutması zamanı xəstənin başının altına yumşaq 1 şey qoyun və yanındakı kəsici əşyaları uzaqlaşdırın. Şiddətli titrəmələr zamanı xəstəni yan çevirin.
Xəstə özünə gəldikdən sonra nə etməli?
Əvvəlcə hər şeyin yaxşı olduğunu deyib xəstəni sakitləşdirin. Sonra dik durması üçün kömək edin və dincələ biləcəyi yerə getməsinə kömək edin. Əksər insanlar qıcolma tutmasından sonra özünü yuxulu, yorğun hiss edir.
Tutma keçirən hər xəstə titrəmə və qıcolma olurmu?
Hər xəstədə bunlar olmaya bilir. Bızi xəstələr ani şüur itkisi yaşaya bilir. Buna kiçik epilepsiya tutması deyilir. Belə tutmalar uzun davam etmir. Belə tutması olan xəstələr qəribə hərəkətlər edə bilir, tutma keçdikdən sonra sərsəmləşmiş kimi hiss edir.
Epilepsiya xəstəliyi olanlar növbəti tutmanın harada və nə zaman baş verəcəyi haqqında daima qorxu və narahatlıq hiss edirlər. Bu səbəbdən insan sıxlığı olan yerlərdən uzaq qaçırlar.
Tutmaların qarşısı alına və ya sayı azaldıla bilərmi?
Stress və yuxusuzluğun da tutmanın ortaya çıxmasında rolu var. Ona görə belə xəstələri stressdən uzaq tutmaq, yuxusunu rejimə salmaq, düzgün dincəlməsini təşkil etmək lazımdır. Həmçinin dərmanlarını vaxtında qəbul etməlidir.
Qıcolma və titrətmə bitdikdən sonra...
1. Xəstənin yanına çöməlin və qolunu yuxarıya doğru dirsəyindən bükün
2. Xəstənin digər əlini yavaşca yanağının altına qoyun
3. Digər əlinizlə xəstənin dizini özünüzə doğru çəkərək xəstəni yan çevirin. Sonra xəstənin dizi yerə dəyiləcək şəkildə bədənini önə çəkin
4. Nəfəsi pozulmasın deyə başını dik tutun