Xəbərlər

Dr. Əli M.Ələkbərov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur

Mərkəzi Klinika Xəstəxanasının həkim-neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru Dr. Əli M.Ələkbərov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur.

 “Avropa Nəşr Mətbuat Evi” mükafat komisiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətində, cəmiyyatdəki fəal ziyalı mövqeyinə, baş, beyin, periferik sinir əməliyyatları, kəllə-beyin, onurğa travmaları, boyun, bel, disk yırtıqları, beyin şişləri sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi-publisistik əsərlərinə, gənclərdə vətənpərvərlik hisslərini aşılanmasına, ölkədə tibbi elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə Mərkəzi Klinika Xəstəxanasının həkim-neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru Dr. Əli M.Ələkbərov ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medal ilə təltif olunmuşdur.

Biz də Mərkəzi Klinika kollektivi olaraq Dr.Əli Ələkbərovu təbrik edir və işlərində uğurlar arzulayırıq.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):