Mərkəzi Klinikada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən Mərkəzi Klinikanın baş direktoru, 15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatında əhəmiyyətindən bəhs etmişdir. O, çıxışında bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən xilas etmişdir.
Tədbirin sonunda Milli Qurtuluş Günü haqqında hazırlanmış videoçarx göstərildi.

