Populyar məqalələr

Beyin kötüyü şişləri

Beyin kötüyü həyati vacib funksiyaları idarə edir və beyinin alt hissəsində yerləşir. Beyin kötüyü iki beyin yarımkürəsi ilə onurğa beynini bir-birinə bağlayan strukturdur. Beyin kötüyünün şişləri əsasən uşaqlarda rast gəlinir. Nadir görülən bu şiş xəstələrinin yalnız dörddə biri 20 yaşdan yuxarı şəxslərdir. Bu xəstəliyi olan uşaqların yaşı əsasən 7-9 arasındadır.

Beyin kötüyü şişləri, insandakı bütün həyati funksiyaları idarə edən mərkəzdə olduğu və ediləcək hər hansı müdaxilənin ölümcül nəticələri olması səbəbindən olduqca təhlükəli xəstəlikdir.

Əlamətləri: Başağrıları, ürəkbulanma, qusma, ikigörmə, halsızlıq, yorğunluq, müvazinət pozulması, danışığın pozulması, udma pozğunluğu, üz əzələlərində kontrolun itməsi kimi əlamətlər olur. Baş ağrılarında qusma ilə yüngülləşmə ola bilər. Bu əlamətlər zamanla əmələ gəldiyi üçün diqqəti cəlb etmir və xəstəliyin gec aşkar olunmasına səbəb olur. Şiş əsasən beyin MRT müayinəsi ilə müəyyən olunur.

Müalicə: Şişlərin müalicəsi adətən cərrahidir. Əməliyyat olduqca təhlükəlidir. Şişin ölçü, yayılması və s nəzərə alaraq xəstəyə cərrahi əməliyyat və ya kimyaterapiya və şüa terapiyası edilir.

Bu əməliyyatlar ən müasir mikrocərrahiyyə üsulları ilə 2001-ci ildən etibarən Mərkəzi Klinikada yüksək peşəkarlıqla tərəfimizdən həyata keçirilir.

Neyrocərrah T.ü.f.d Dr. Əli Ələkbərov


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):