Mərkəzi Klinikanın uşaq cərrahı Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən növbəti uğurlu əməliyyat.
Doğulduğundan bəri normal nəcis çıxışı olmayan, qarnında ciddi gərginlik ,köp olan 3 günlük körpəyə aparılan müayinələr nəticəsində Mekonial bağırsaq keçməzliyi "Kistik fibrozis" yəni anadangəlmə irsi xəstəlik nəticəsində ilk nəcisi çıxarmama diaqnozu qoyularaq təcili əməliyyata alındı.

Əməliyyat Mərkəzi Klinikanın uşaq cərrahı Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr.Fuad Hüseynov tərəfindən uğurla icra edildi.
Nazik bağırsağın divarı kəsilərək içəridə yığılıb qalan ilk qatı nəcis kütlələri təmizləndi.
Körpə tam sağlam şəkildə evə göndərildi, Kistik fibrozis baxımından araşdırılmaq üçün analiz göndərildi.


