Populyar məqalələr

Hepatit C infeksiyası və onun müalicəsi

Xroniki HCV infeksiyası günümüzün ən aktual problemlərindən hesab edilir.

2010-cu ildə AASLD tərəfindən aparılan statistik araşdırmalara əsasən, dünyada təqribi 170mln HCV ilə yaşayan insan var. Bu virusun törətdiyi zədələnmələr isə təqribi 500 min insanın ölümünə sabəb olmuşdur.  

Aparılan araşdırmalara əsasən bu virusa yoluxmuşların sayı ən çox Latın Amerika,  keçmiş Sovet,  Eastern Avropa və bəzi Afrika və Asia ölkələrində rast gəlinir. Təəsüf ki,  Azərbaycan da bu siyahiya aiddir.

Hepatit “C”  yoluxduğu gündən etibarən  5 ilə 50 il arasında qaraciyər sirrozuna və qaraciyər xərçənginə gətirib çıxaran bir virusdu.  

Xroniki HCV infeksiyasının gücsüzlük, sağ qabırğaaltı nahiyyədə ağrılar kimi zəif simptomları olsa da çox vaxt gedişatı asimptomatik (heç bir şikayət olmadan) olur. Bu da bir müddət sonra sirroza, qaraciyər xərçənginə və qaraciyər çatmazlığına səbəb ola bilər.  Bunun üçün qan köçürmə,  ginikoloji, stomatoloji və ya hər hansı cərrahi prosedurlardan 6 ay  sonra yoxlanmaq (qanda “anti-HCV” analizi) məsləhət görülür.

Xəstədə HCV aşkarlandığı andan etibarən, virus yükündən asılı olmayaraq, müalicəyə nə qədər tez başlanılsa sirroza gətirib çıxaran qaraciyər zədələnməsinin əmələ gəlmə ehtimalı bir o qədər az olar.

HCV infeksiyasının müalicəsində istifadə olunan dərman seçimi və müalicə aparılan müddət virusun qenotipindən asılıdır.

PegİFN ilə olan kombinasiyalar virusun ləğvində  effektiv olsa da İnterferonun çoxsayda yan effektləri (patoloji yorğunluq, psixoemosional problemlər, qan dəyərlərinin enməsi və s.) mövcutdur  və xəstənin vəziyyətini ağırlaşdıra bilər. Ona görə da son zamanlar xroniki Hepatit C müalicəsində PegİFN istifadə edilmir. Daha az yan təsirləri olan virus əleyhinə preparatlara üstünlük verilir və artıq müalicənin 12-14 günlərində müsbət effekt  alınması mümkündür. Hal hazirda tibbin inkişafına bağlı olaraq Hepatit “C” virusu tam müalicə olunur və müsbət nəailyyətlər əldə edilir. 

Qastroenteroloq-hepatoloq, Dr. Emin Verdiyev


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):