Populyar məqalələr

Yaddaş zəfliyi və unutqanlıq

Yaddaş - biliklərin praktik bacarıqları, məlumatların, informasiyaların mərkəzi sinir sistemində depolaşması, toplanması və lazım olduqda bizim bundan istifadə etməyimizdir. Göstərilənlərdən hər hansı birində pozğunluq olarsa bu yaddaşı zəifliyi və itkisidir. Yaddaş zəifliyi getdikcə inkişaf edərsə bu sonda ağıl itirməyə və ya “demensiya”ya gətirib çıxara bilər.

Demensiya - latın dilində dementa - əldə edilmiş ağıl zəifliyidir. Əldə edilmiş və mənimsənilmiş biliklərin, praktik bacarıqların itkisinə, yenilərinin əldə edilməsinin çətinliyinə və ya qeyri-mümkünlüyünə və idrak fəaliyyətinin dözülməz azalmasına gətirib çıxarır. Hazırda son məlumatlara görə 26.6 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Yaxın gələcəkdə bu rəqəmi 4 dəfə artacağı bildirilir.

Səbəbləri:

1. Vitamin çatışmazlığı

2. Endokrin sisteminnin xəstəlikləri

3. Metobalik xəstəliklər

4. Dərman və toksin maddələrinin təsiri

5. Mərkəzi Sinir Sistemi infeksiyon xəstəlikləri (siflis, HİV-virusu)

6. Mərkəzi Sinir Sistemi degenerativ xəstəlikləri nəticəsində

  1. Alzheimer xəstəliyi
  2. Frontotemporal demans
  3. Parkinson xəstəliyi
  4. Mərkəzi sinir sisteminin damar xəstəlikləri (vaskulyar demas)
  5. Yaşlıların normal təzyiqli hidrosefaliyası və s.
  6. Epilepsiya

Bu xəstələrə; dioqnoz anemnez diqqətli nevroloji müayinə və aparılan (yaddaş testləri) instrumental müayinələrə əsaslanır. EEQ, MRT PET və qan testləri.

Yaddaş zəifliyinin səbəbini tapıb və vaxtında ağıl itkisinin qarşısını almaq mümkündür.

Nevropatoloq, Dr. Mərziyyə Muxtarova


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):