24.05.2017Övladımda revmatoloji xəstəlik varmı?                 24.05.2017Miqren haqqında bilmədiklərimiz                 24.05.2017 Pediatrik Check-Up cəmi 45 AZN!                 23.05.2017Kardioloji Check-Up cəmi 59 AZN!                 23.05.2017Uşaq endokrinoloji check-up cəmi 55 AZN!                
      

Xəbərlər

Sağlamlığına qovuşdurulan körpə

Mərkəzi Klinikada nadir rast gəlinən, bağırsaqların anadangəlmə inkişaf qüsuru ilə körpə doğuldu.

Bətndaxili Ultrasəs müayinəsində bağırsaqlarında ciddi genişlənmə görülən körpə 37 həftəliyində, 3200qr doğuldu.

Doğulduqdan dərhal sonra qarnında ciddi köp, ödlü qusmaları olduğu üçün aparılan müayinələr nəticəsində nazik bağırsağın anadangəlmə qapalı olduğu düşünülərək təcili cərrahi əməliyyata alındı. Əməliyyat zamanı Tibbi ədəbiyyatda soyulmuş alma qabığına bənzədilən nadir və olduqca ağır patologiya İleal atreziya (tip lll B Apple peel,Christmas tree) yəni nazik bağırsağın uc hissəsinin bağlı olduğu, yoğun bağırsağın da bətndaxili (unused kolon) işləmədiyi görüldü.

Nazik bağırsağın qapalı hissəsi kəsilib çıxarıldı, İleoçekal anastamoz yəni nazik bağırsağa yoğun bağırsağa tikildi.

Yanaşı ürək qüsurları olan körpə əməliyyatdan sonra yenidoğulmuşların reanimasiya şöbəsinə yatızdırıldı. Pediatriya şöbəsinin həkim kollektivinin gərgin səyləri nəticəsində körpə tam sağlam şəkildə evə yola salındı.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):