23 yaşlı xəstə A.Q tez yorulma, təngnəfəslik şikayəti ilə Mərkəzi Klinikaya müraciət etmişdir. Xəstə 5-6 il ərzində ürək qusurundan əziyyət çəkdiyini bildirmişdir. Xəstəyə Atrial septal defekt (ASD) dioqnozu qoyuldu.
Qeyd edək ki, Atrial septal defekt (ASD) birbaşa müdaxilə tələb olunan yayılmış ürək qüsurlarından hesab edilir. Adətən açıq cərrahiyyəyə ehtiyac olduqda bu əməliyyat standart median sternotomiya ilə icra olunurdu.

14.01.2017 tarixində Mərkəzi Klinikada xəstəxananın baş həkimi, ürək- damar cərrahı T.e.d. Kamran Musayev və komandası tərəfindən mini torakotomiya yolu ilə sağ məmə altından 6-cı kəsiklə qulaqcıqlar arası çəpər defektinin ləğvi icra olundu. Əməliyyatın üstünlükləri erkən mobilizasiya, erkən sağalma, daha az ağrı, kəsiyin məmə altında olaraq, sternotomiya ilə müqayisədə kosmetikanı pozmaması, eyni zamanda Sternuma toxunulmama - sonrakı illərdə rahat sternotomiya şansıdır. Əməliyyatdan sonra xəstənin vəziyyəti kafi olaraq qiymətləndirilmiş və xəstə 4 gün stasionar yatışdan sonra evə yazılmışdır.

Bu gün biz sizlərə klinikamızda icra etdiyimiz – mini torakotomiya yolu ilə
Qulaqcıqlar arası çəpər defektinin ləğvi

Əməliyyatın üstünlükləri
- Xəstəxana da çarpayı günü - 4 gün
- 5 sm uzunluqda cərrahi yara
- Erkən mobilizasiya, erkən sağalma, daha az ağrı
- Kəsiyin məmə altında olaraq sternotomiya ilə müqayisədə kosmetikanı pozmaması
Sternuma toxunulmama- sonrakı illərdə rahat sternotomiya şansı
- Anamnez 5-6 ildir ki, xəstə qüsur olduğunu bilir.
- Müalicə -qüsurun cərrahi ləğvi planlaşdırılır.
- Əməliyyat tarixi - 14.01.2017
- Evə yazılma - 19.01.2017

