Xəbərlər

Həkimlərimiz uşağın bu vəziyyətdə 1 yaşına qədər normal yaşadığını möcüzə hesab edir

1 yaşında uşaq temperaturun yüksəlməsi, təngnəfəslik şikayətləri ilə Mərkəzi Klinikaya valideynləri tərəfindən gətirilmişdir.

Döş qəfəsi rentgeni və Kompüter tomoqrafiyası çəkilərək Sol tərəfli Diafraqma yırtığı (Bochdalek yırtığı) diaqnozu qoyulmuşdur, yəni döş qəfəsi ilə qarın boşluğunu ayıran təbəqənin deffekti və nəticədə qarında yerləşən orqanlar (bağırsaq ,mədə, dalaq və s) döş boşluğuna keçməsi.

Mərkəzi Klinikanın uşaq cərrahı uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov tərəfindən xəstəyə Diafraqma yırtığının təmiri əməliyyatı icra edildi, əməliyyat zamanı, bağırsaqların təqribən 90% -nin döş boşluğunda və sol ağciyərin atelektaz yəni sıxılaraq bağlandığı aşkarlandı, bağırsaqlar qarın boşluğuna yerləşdirilərək, diafraqmadakı deffekt təmir edildi.

Uğurlu əməliyyat sonrası xəstə Mərkəzi Klinikanın uşaq reanimasiya şöbəsinə yatızdırıldı.

1 həftə sonra tam sağlam şəkildə evə yola salındı.

Mərkəzi Klinikanın Pediatriya, Uşaq Cərrahiyyəsi, Anesteziologiya şöbəsinin tibb personalına növbəti uğurlarına görə təbrik edirik!


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):