Körpənin valideynləri öz səmimi təşəkkür hisslərini Mərkəzi Klinikanın kollektivinə bildirmək üçün aşağıdakı təşəkkür məktubunu yazmışlar:
Seyidovlar ailəsi olaraq Mərkəzi Klinikanın kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımız dünyaya vaxtından əvvəl göz açmışdı, başqa klinikalarda yaşamaq ehtimalının az olduğu deyilmişdi bizə. Biz uşağı çox ağır vəziyyətdə Mərkəzi Klinikanın “Neonotologiya şöbəsi”nə köçürdük. 10 gün süni tənəffüs aparatına bağlı yaşadı və ağciyərində anadangəlmə kist olduğu üçün çox böyük cərrahi əməliyyat keçirdi.
Biz xüsusilə Mərkəzi Klinikanın neonotoloqları Sevda Əsədova, Nigar Hüseynova , Vəfa Hacıyeva, Sevinc Abbasova , Rəna Qasımova və Uşaq cərrahları Fuad Hüseynov, Günel Əmiraslanova, anestezioloq Asəf Məmmədova bizə körpəmizi sağ-salamat verdikləri üçün təşəkkür edirik.
İmza Seyidovlar ailəsi


