Doğulduqdan sonra ciddi tənəffüs çatışmazlığı əlamətləri başlayan körpə Mərkəzi Klinikanın Neonatologiya şöbəsinə köçürülmüşdür. Süni tənəffüs aparatına bağlanan körpənin vəziyyəti neonatoloqlarımızın gərgin səyləri nəticəsində yaxşılaşmış, süni tənəffüs aparatından ayrılmışdır, lakin çəkilən döş qəfəsi rentgeni və kompüter tomoqrafiya müayinəsinə əsasən sol ağciyər üst payının Anadangəlmə Kistik Adenomotoid Malformasiyası (ağciyərində anadangəlmə kista) diaqnozu qoyulmuşdur.
Mərkəzi Klinikanın Uşaq cərrahı, Uşaq Cərrahiyyəsi və urologiyası uzmanı Dr. Fuad Hüseynov və cərrahi komandası tərəfindən 2300 qr çəkisi olan uşağa Sol üst lobektomiya (Sol ağciyər üst payının çıxarılması) əməliyyatı uğurla icra olunmuşdur.
Uşaq tam sağlam şəkildə evə yola salınmışdır.
Başda Dr. Sevda Əsədova olmaqla Neonotologiya şöbəsinin, Dr. Fuad Hüseynov olmaqla Uşaq Cərrahiyyəsi şöbəsinin, Dr. Asəf Məmmədov olmaqla Anesteziologiya şöbəsinin həkimlərini gərgin səylərinə görə təşəkkür edirik.