• Ümumi məlumat
  • Həkimlər

Xəstəxana daxili infeksiyalar bütün dünyada xəstələnmə, ölüm göstəricilərinin və müalicə xərclərinin artma səbəblərindən biri olaraq qalır. Bu baxımdan bütün xəstəxanalarda infeksiyalara nəzarət proqramının tərtib olunması vacibdir.

Müasir xəstəxanalarda fəaliyyət göstərən İnfeksiya Nəzarət proqramları ilk dəfə 1950-ci ildə İngiltərədə istifadə olunmağa başlamışdır. Bu proqramların əsas məqsədi xəstəxana daxili Staphylococcus spp. infeksiyalarının profilaktikası idi.

1968-cı ildə ABŞ -da Amerikan Xəstəxanaları Assosiasiyası (American Hospital Association AHA) tərəfindən "Infection Control in the Hospital," adlı ilk infeksiya nəzarət standartları çap olunmuşdur. Eyni zamanda Yoluxucu xəstəliklər Mərkəzi (Communicable Disease Center, Centers for Disease Control and Prevention (CDC)), infeksiya nəzarət işi üzrə ilk hazırlıq kurslarına başladı.

1969 Joint Commission on Accreditation of Healthcare Organizations (JCAHO) ilk dəfə olaraq akkreditasiyadan keçən xəstəxanalarda İNK təşkil olunmasını tələb etdi. 1976 ildə artıq ABŞ 50% çox xəstəxanalarında İNK fəaliyyət göstərirdi.1972 İnfeksiya Nəzarət mütəxəssislərin Assosiasiyası yaradıldı (Association for Practitioners in Infection Control).

Mərkəzi Klinikada İnfeksiya Nəzarət Komitəsi 2004-ci ildə yaradılmışdır. Komitənin yaradılma məqsədi: xəstəxana daxili infeksiyaların xəstələrdə, işçilərdə və ziyarətçilərdə yaranmasının profilaktikasıdır.

İnfeksiya Nəzarət Komitəsinin tərkibi:

  • Komitənin sədri- Həkim Epidemioloq Dr. Yaqut Qarayeva
  • Komitənin katibi- İNK tibb bacısı Sənubər Qurbanova

Komitənin üzvləri:

  • Dr. Səbinə Qasımova – Həkim reanimatoloq
  • Dr. Leyla İsmayılova –  Pulmonoloq-allerqoloq
  • Dr. Əfqan İbadov - Uroloq
  • Dr. Xırda Kazımova - Pediatr
  • Dr. Ramin Salaxov - Ginekoloq
  • Dr. Eldar Bayramlı- Standartlaşdırma və keyfiyyətə nəzarət komitəsinin üzvü
  • Xn. Könül Nəzərova – Tibb bacılıq xidməti stasionarlar bölmə rəisi

Komitənin  əsas səlahiyyətləri və vəzifələri:

  • Elmi əsaslar çərçivəsində, stasionar müalicə sisteminin xüsusiyyətinə və şərtlərinə əsaslanaraq İnfeksiya nəzarət proqramını təsdiq etmək.  
  • Azərbaycan Respublikasının bu sahədəki Qanunvericiliyinə və Beynəlxalq qaydalara əsaslanaraq,  xəstəxanada  yerinə yetirilməsi vacib olan İnfeksiya nəzarət standartlarını yazılı şəklə gətirmək və lazım olarsa yeniləmək.
  • Xəstəxanadaxili infeksiyaların davamlı izləmə sisteminin yaradılması və işləməsi.
  • Beynəlxalq qaydalara əsaslanaraq,  xəstəxanada  yerinə yetirilməsi vacib olan İnfeksiya nəzarət standartlarını yazılı şəklə gətirmək və lazım olarsa yeniləmək.
  • Mövcud vəziyyətdən asılı olaraq, İnfeksiya Nəzarət komitəsinin ən vacib problemlərini təyin etmək və ilin sonunda bu problemlərin nə dərəcədə həll olunduğunu, bu istiqamətdə hansı işlərin aparıldığını müzakirə etmək.
  • Antibiotiklərlə müalicə, dezinfeksiya, sterilizasiya, antiseptika proseduralarının yerinə yetirilməsi üçün və İnfeksiya Nəzarət proqramının işləməsi üçün lazım olan avadanlığın alınması barəsində qərar qəbul etmək. 
  • Xəstəxanada xəstələr və ya personal arasında hər hansı infeksion xəstəliyin yayılması riski olarsa, bu təhlükənin qarşısını almaq üçün tədbirlər görmək.
  • Komitənin və əczaxananın hesabatlarına əsaslanaraq, antibiotiklərın işlənməsini və mikroblarda yaranan dirənclik problemlərinin müzakirəsi.
  • Tibbi tullantıların toplanmasına və yandırılmasına nəzarət.
  • İnfeksiya Nəzarət həkimi tərəfindən hazırlanmış illik hesabatı qəbul etmək.
  • İnfeksiya Nəzarət Komitəsinin işində yaranan bütün problemlərin və həlli yollarının müzakirəsi.

Mərkəzi Klinika İnfeksiya Nəzarət Komitəsi tərəfindən aşağıda qeyd olunmuş prosedurlar tərtib və iş praktikasına tətbiq olunmuşdur:

  • İnfeksiya Nəzarət Komitəsi daxili fəaliyyət proseduru
  • MK-da qan alma və damar yolu qoyma
  • Reanimasiya və İntensiv Terapiya Bölməsinin infeksion kontrolu
  • Gigiyenik qaydalara uyğun əl yuma və əlcəkdən istifadə
  • Antibiotiklərin istifadəsinə nəzarət
  • Ilan və əqrəb sancmaları. İlk yardım
  • Mərkəzi Klinikada işləyən personalın sağlamlığına nəzarət
  • Əməliyyat olunmuş nahiyələrin infeksiyalarının profilaktikası
  • MK-da tibbi və məişət tullantılarının ayrılması toplanılması, saxlanılması və zərərsizləşdirilməsi
  • MK-da istifadə olunan süni tənəffüs aparatlarının təmizlənməsi və dezinfeksiyası
  • Civə səpələnməsi zamanı təmizlik
  • Infeksiya səbəbi ilə bədən hərarəti dəyişən xəstələrin müalicəsi
  • MK personalına peyvənd vurulması prosedurası
  • Damar yolu kateterlərin qoyulması zamani yaranacaq infeksiyalara qarşı profilaktika
  • Klinika daxili pnevmoniyalara qarşı profilaktikası
  • İnsan bədəninə yapışmış gənənin çıxarılması
Ad, soyad İxtisas Bölmə
Dr. Yaqut Qarayeva Epidemyoloq İnfeksiya Nəzarət Komitəsi