• Ümumi məlumat
  • Həkimlər

Mərkəzi Klinikada fəaliyyət göstərən Mama-Ginkologiya Şöbəsi dünya standartlarına uyğun müa-sir və etibarlı xidmətlər göstərməkdədir. Öz sahəsində tibb dünyasındakı hər yeniliyi yaxından izləyən və tətbiq edən Mama-Ginkologiya Şöbəsi  qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və doğuşla əlaqədar problemlərin həllində də müasir tibbin bütün yeniliklərini da-im tətbiq etməkdədir.

Şöbəmiz sonsuzluq müalicəsi, psixoloji konsultasiya xidmətləri, süni mayalanma prosesində embrionların genetik araşdırılması (PGD), təkrarlanan düşüklərin səbəblərinin araşdırılması və müalicəsi, prenatal diaqnoz və riskli hamiləliklərin təqibi kimi sahələrdə son dərəcə uğurlu xidmətlər göstərməkdədir.

Doğuşun idarə olunması, doğuş və doğuş sonrası zahılara nəzarət yüksək keyfiyyətdə icra olunmaqdadır. 

Həmçinin, müxtəlif tərkibli, həcmli, əlverişli, güzəştli hamiləlik təqibi proqramlarımız da mövcuddur. Normal doğuşla bərabər epidural anesteziya ağrısızlaşdırma üsulundan istifadə edərək, hamilə qadınlara ağrısız doğuş xidmətini də təklif edirik. Ailələrin ən dəyərli varlığı olan uşaqlar doğulan kimi Mərkəzi Klinikanın Pediatriya Şöbəsinin təcrübəli həkim-neonatoloqları tərəfindən həyatının ilk anından etibarən xüsusi qayğı görməkdədir.

Mama-Ginekologiya Şöbəsində həmçinin hamiləlik öncəsi və zamanı genetik xəstəliklərin araşdırılması aparılır (Xorion Villus Biopsiyası, Amnio-sentez, Qanda ikili, üçlü testlərin yoxlanılması, Trombofilik mutasiyaların araşdırılması və müalicəsi).

Dölün ürək döyüntüsünün təqibi, dölün doppleroqrafiyası və bətndaxili ürək exo-kardioqrafiyası kimi xidmətlər mütəxəssis həkimlərimiz tərəfindən aparılır.Nəticədə anadangəlmə ürək qüsurlarının dölün ana bətnində olarkən erkən aşkarlanması mümkün olur.

Mama-Ginekologiya şöbəsi mütəxəssis həkimləri bütün növ müasir ginekoloji əməliyyatları həyata keçirir:

  • Uşaqlıqda aparılan əməliyyatlar (total abdominal histerektomiya, vaginal histerektomiya, radikal histerektomiya, miomektomiya və s.)
  • Vulva, vaginada və uşaqlıq boynunda aparılan əməliyyatlar (plastik əməliyyatlar)
  • Uşaqlıq artımlarında aparılan əməliyyatlar Laporaskopik əməliyyatlar (laporaskopik yumurtalıqların törəmə və kistlərin çıxardılması, tubektomiya, laporaskopik histerektomiya və bütün növ laporaskopik əməliyyatlar)
  • Histeroskopik əməliyyatlar (bütün növ diaqnostik və cərrahi histeroskopik əməliyyatlar)

Həmçinin, Mərkəzi Klinikada fəaliyyət göstərən təcrübəli qadın uroloqumuz tə-rəfindən bütün növ müayinə və müalicələr həyata keçirilir.Orta və yaşlı qadınlar üçün özəl müayinə paketləri tərtib edilib.

Sidik saxlamamazlığı qadınlarda əsasən doğuşdan sonra və yaxud menopauza sonrası əmələ gələn və həyat keyfiyyətini ciddi şəkildə pozan problemdir.

Klinikamızda bu problemi olan qa-dınlar ətraflı yoxlanılır, lazım gəldik-də mini invaziv cərrahi əməliyyatlar (TOT və ya TVT-slinq əməliyyatları) aparılmaqla problem effektiv şəkildə həll olunur. Respublika-mızda qabaqcıl sayılan və göstərdiyi xidmətlərlə hər zaman yenilikləri tətbiq edən MK Mama-Ginekologiya Şöbəsi 2004 ildən etiba-rən Süni Mayalanma xidməti ilə yüzlərlə cütlüklərə körpə sevinci bəxş etməkdə-dir. Keyfiyyətli xidmət göstərən mütəxəssis həkimlər, genetiklər, embrioloqlar, psixoloqlar, tibb bacıları və tibbi koordinatorlardan ibarətdir. Süni Mayalanma müalicəsinin fiziki, psixoloji və ekonomik fayda gətirəcəyini bilən kollektivimiz bütün müalicə mərhələlərini sağlam və rahat bir şəkildə keçməsini təmin edir. 

EKSTRAKORPORAL (SÜNİ) MAYALANMA

Ümumi anlayışlar

Süni mayalanma yumurtalıqların stimulya-siyasından sonra yumurta hüceyrələrinin cərrahi yolla toplanması, laboratoriya şəraitində sperm ilə bir yerə gətirilməsi və mayalanmadan sonra əldə edilən embrionların ananın uşaqlığına yerləşdirilməsindən ibarət olan köməkçi çoxalma üsuludur.

MULTİFOLLİKULYAR İNKİŞAF (Birdən artıq yumurtanın yumurtalıqda yetişməsi)

Normal menstrual sikldə, normal şəraitdə hər qadında hər ay bir yumurtanın yetişməsindən sonra bir follikul inkişaf edir va atılır, bu ovulyasiya olaraq bilinir. Embrion köçürülmə proseduru zamanı ana olmaq istəyən qadına verilən dərmanların təsiri ilə (superovulyasiya ilə) eyni zamanda birdən artıq follikulun inkişafı təmin edilir. Inkişaf edən birdən artıq follikuldan, sonradan embriona çevrilən bir çox yumurta toplanaraq uşaqlığa köçürülən embrionların sayı artırılır və süni mayalanma  embrion köçürülməsinin müvəffəqiyyət şansı artırılır. Müalicə mərhələləri bir çox dərmanların istifadəsindən ibarətdir.Superovulyasiya, yəni kontrollu olaraq yumurtalıqların daha çox stimulyasiyası, aşağıdakı hormonal dərmanların müxtəlif kombinasiyalarda istifadəsi ilə alınır.

  • GnRH-antoqonisləri  (Cetrotide, Orgalutran)
  • GnRH analoqları (Lucrin ampul) - Leuprolin acetate
  • HMG (FSH və LH tərkibli)  – Pergonal, Menogon, Merional, Menopur
  • Rekombinant FSH (Folli-tropin alfa) – Gonal F, Puregon
  • İnsan FSH - Fostimon, Braveel

Bu dərmanlar müalicə mərhələlərinin bir hissəsi olaraq gündəlik inyeksiyalar şəklində istifadə olunur.Müalicə mərhələlərində istifadə olunan dərmanlar və onların istifadə qaydaları müalicə sxeminə uyğun olaraq həkimlər və bu sahədə ixtisaslaşmış tibb bacıları tərəfindən təfsilatı ilə izah olunur.

Bu dərmanlarla müalicə aybaşının ilk günlərindən başlayır və müalicənin təsiri müəyyən fasilələrlə olunan transvaginal ultrasəs müayinələri və qan testləri ilə təqib edilir. Bu testlərə uyğun dərman dozası müəyyənləşdirmək məq-sədilə inkişaf edən folli-kulların böyüməsi dəyərləndirilir. Follikullar uyğun yetişkənliyə çatdıqda (əsasən yumurtalıqların stimulyasiyasından təxminən 8-10 gün sonra) oositlərin yetişməsindəki son mərhələni sürətlən-dirmək üçün tək doza HCG (human chorionik gonodotropin) və ya Decapeptyd ampul istifadə olunur.

Sonrakı 34-36 saat müddətində yumurtaların öz özünə follikuldan atılmasından əvvəl transvaginal ultrasəs cihazın müşayiəti ilə aspirasiya edilərək toplanır.

OOSiT (YUMURTA) TOPLANMASI

Yumurtaların toplanma vaxtı HCG vurulan saatdan asılıdır. HCG təbii yolla alınır və LH-nin (lüteinizə hormon) yüksəlməsini təmin etmək üçün istifadə olunur. HCG inyeksiyasından sonra təxminən 34-36 saatdan sonra sadə bir anesteziya altında yumurtalar transvaginal ultrasəs müayinə metodu ilə follikullardan bir iynə vasitəsilə toplanır.

Follikullarda yetişən yumurtaların olduğu maye çəkilir və dərhal laboratoriyada olan embrioloqa verilir.

Bu mayedə olan bütün yumurta-lar embrioloqlarımız tərəfindən xüsusi mühit (medium) içində toplanır və qadının həyat yolda-şının spermı ilə birlikdə inkubasiya edilir.

Proseduradan sonra qadına ən azı 30 dəqiqəli istirahət zamanı zəruridir. Bu prosedura ümumiyyətlə ağrısız bir şəraitdə aparılır.Müalicənin bundan sonrakı mərhələləri haqqında qadınlara geniş məlumat verilir.

SPERM ANALİZİ NECƏ EDİLİR?

Qadının yumurtalarının toplandığı prosedur günü kişi də sperm analizi vermə-lidir. O səbəbdən verilən spermın yetərli olub-olmadığı haqqında məlumat almalıdır. Masturbasiya yolu ilə xüsusi bir otaqda verilən sperm nümunəsi laboratoriyada müəyyən bir hazırlanma-canlandırma prosedurasından keçirilir və beləlikləən keyfiyyətli spermatozoidlər seçilmiş olur.  Sperm nümunəsini verməzdən əvvəl ən azı 2, ən çoxu 5 gün-lük cinsi pəhriz olmalıdır. Test üçün gəldikdə xüsusi bir otaqda masturbasiya yolu ilə əldə edilən sperm nümunəsi xüsusi qaba boşaldılır və dərhal laboratoriyaya çatdırılır.

Siklus müvəffəqiyyətsiz nəticələnmişsə, bir baş-qa prosedur keçirilə bilər.İlk siklusda müvəffəqiyyətsizliklə nəticələnən müalicə mərhələləri, sonrakı bir prosedurdan yaxşı nəticə almaq üçün həkimlərimiz və digər əməkdaşlarımız tərəfindən hərtərəfli araşdırılıb, dəyərləndirilir.

KİŞİ SONSUZLUĞUN MÜALİCƏSI

MESA zamanı mikrocərrahi yolla bilavasitə epididimdən aspirasiya ilə sperm alınır, maya-lanmanın və embrion köçürülməsinin olması üçün digər süni mayalanma müalicələrində ol-duğu kimi yoldaşınızın yumurtaları ilə bir yerə gətirilir. TESE - bu üsul testisdən, sperm axı-nında qeyri cərrahi yolla məlum olmayan bir problemi olan kişini müalicə etmək məqsədilə yaradılmışdır.

SİKLUS LƏĞVİ

Əgər, qadının həyat yoldaşı yumurta toplama mərhələsinə qədər çata bilməzsə, xüsusilə qadının dərmanlara qarşı reaksiyası qənaətbəxş deyilsə, ultrasəs və qan testləri məhdud follikul inkişafını göstərirsə, müalicə mərhələlərinin ləğvinə qərar verilə bilər. Bu hal, xəstəyə bir daha uyğun müalicəəsasında daha çox yumurta əldə etməyə imkan verir.

EMBRİON KÖÇÜRULMƏSİNDƏN SONRA

Embrion köçürülməsindən sonra progesteron və ya HCG qəbulunun davam edilməsi haqqında geniş məlumat verilir. Bu dərmanların qəbulu aybaşının ikinci yarı-sında uşaqlığı dəstəkləməyə kömək edir.Embrion köçürülmə vaxtından on iki gün sonra hamiləlik testi qoyulur .Əgər qadın hamilədirsə, hamiləliyinin təsdiqi üçün təxminən 2 həftə sonra ultrasəs müayinəsi aparılır.

HAMİLƏLİK TƏQİBİ

Hamilə qaldıqdan sonra qadın hamiləlik zamanı təqib olunur. Süni mayalanma ilə sahib olunan uşaqda anadangəlmə anomaliya riski adi hamiləlikdə olduğu qədərdir. 35 yaşdan yuxarı bütün ana olmaq istəyən qadınlar-da, amniosintezdən sonra genetik konsultasiya təkidlə məsləhət görülür. Bununla yanaşı, genetik anomaliya-lar təbii və ya köməkçi çoxalma da hər yaşda ola bilər. Hər ailə öz həkimi ilə genetik testlərin riskləri və faydaları haqqında müzakirə etməlidir.

OLA BİLƏCƏK DİGƏR PROBLEMLƏR

Müalicə mərhələlərinin nəticələrinə təsir edə biləcək müxtəlif faktorlar vardır. Bəzən toplanan yumurtalar mayalanma üçün ya çox yetişkən, ya da yetişkən olma-yandır və yaxud yumurta mayalanmaya da bilər. Həmçinin embrion uyğun olaraq inkişaf etməyə bilər.Bəzən görünüşdə sağlam olan embrionlar, uşaqlığa köçürüldükdən sonra qəbul edilməyə bilər və ya bu embrionlar uşaqlığın xaricinə yapışaraq canlı olmayan uşaqlıqdan xaric bir hamiləliklə nəticələnə bilər.  Bu prob-lemlərdən heç biri əvvəlcədən məlum olmur və verilən hər siklusdakı müvəf-fəqiyyət şansınızın dəyişə biləcəyini bilməlisiniz. Elmi tədqiqatlar göstərmişdir ki, hər ay qorunmadan təbii cinsi əlaqədən sonra hamilə qalma şansı 20-25% arasın-dadır. Süni mayalanma proqramının müvəffəqiyyət şansı təbii yolla hamilə qalma şansından çoxdur. Lakin hamilə qalmaq şansı xəstənin yaşından asılı ola bilər. 

EMBRİONUN DONDURULMASI

Embrionun köçürülməsindən sonra artıq qalan em-brionlar, köçürülən embrionlar kimi keyfiyyətlidirsə dondurulur və saxlanılır. Embrionlar germetik 196°C maye azotun içərisində olan bir balonda 3-4 ilərzində saxlanıla bilər. Süni mayalanma ilk dəfədən baş tutmadıqda, ikinci dəfə xəstə xəstəxanaya müraciət etdikdən sonra əgər dondurulmuş embrion varsa follikulların yetişməsi və yumurta toplama mərhələləri lazım olmur. Bu, o deməkdir ki, qadın yorucu və uzun müddətli prosedurlardan azad olur. Amma dondurulmuş embrion yoxdursa, təkrar müalicə zamanıgüzəştli qiymət tətbiq olunacaqdır.Dondurulmuş embrionlar yeni embrionlar kimi eyni keyfiyyətə malikdirlər.Embrionlar yumurta köçürülməsi üçün təyin edilən gündə donu açılaraq (canlandırılaraq) qadının uşaqlığına köçürülür.Beləcə cütlüyün istədikləri zaman təkrar uşaq sahibi olmaları üçün müalicə almadan dondurulmuş embrionlarla hamilə qalmaları mümkündür.

OOSİTLƏRİN (YUMURTA HÜCEYRƏLƏRİN) DONDURULMASI

Bugün biz Mama-Ginekologiya Şöbəsində embrionların dondurulması ilə yanaşı artıq oositlərin (yumurta hüceyrələrin) dondurulmasını da icra edirik.Yumurta hüceyrələrin dondurularaq saxlanılması prosesinin məqsədi gələcəkdə qadına hamilə qalmaq imkanını yaratmaqdır (EKM vasitəsilə).Yumurta hüceyrələrin dondurulması hansı hallarda aparılır?

Tibbi göstərişlər:

  • Əgər yumurtalıq rezervi zəifdirsə yumurta hüceyrəsi fondu yaradılır
  • Əgər yumurta toplama zamanı qadının həyat yoldaşı sperm təhlili verə bilmirsə
  • Endometriozun ağır formalarında
  • Erkən menopauza riski olarsa
  • Əgər qadında autoimmun və onkoloji xəstəlik varsa

Qeyri-tibbi göstərişlər:

  • Əgər qadın 30 - 41 yaşlar arası sosial problemlərlə bağlı hamilə qala bilmirsə

Tibbi proses necə aparılır?

Xüsusi dərmanların tətbiqi ilə qadınlarda yumurtalıqların kontrollu iperstimulyasiyası aparılır, müalicə 12-14 gün davam edir.

Vena daxili anesteziya altında uşaqlıq yolu vasitəsilə yumurta hüceyrələrin toplanması icra edilir. Prosesdən 1saat sonra qadın xəstəxananı tərk edə bilər.

Yumurta hüceyrələrin dondurulması embrioloji laboratoriyada xüsusi  vitrifikasiya üsulu ilə aparılır. Oositlər 5 ildən çox saxlana bilər.

SUNİ MAYALANMA (İVF –in Vitro Fertilization)

Klassik Süni Mayalanma metodda (İVF –in Vitro Fertilization) yumurta hüceyrəsinin ətrafına bəlli sayda sperma qoyularaq təbii yolla mayalanmanın baş verməsi gözlənir.Bu metod əsasən qadın sonsuzluğu halında istifadə olunur.

İNTRASİTOPLAZMATİK SPERM İNYEKSİYASI (Mikroinyeksiya - ICSI)

Mikroinyeksiya - sperm hüceyrələrinin yumurtanı mayalandıra bilmədiyi və ya laboratoriyada icra edilən mayalanma üçün yetərli spermın olmadığı hallarda (kişi sonsuzluğunda) istifadə edilən müasir bir metoddur. İntrasitoplazmatik Sperm İnyeksiyası, başqa bir sözlə ICSI, embrioloqlar tərəfindən spermin şəkil və hərəkətinə (morfologiyasına) baxılaraq seçilən tək bir spermatozoidin yumurtanın mərkəzinə inyeksiya edilməsidir. Bu faktor kişi sonsuzluğunun müalicəsində və daha əvvəlki IVF təşəbbüslərində, mayalanmada müvəffəqiyyətsizliklə qarşıla-şan ailələr üçün ən müvəffəqiyyətli köməkçi çoxalma üsuludur.

ASSISTED HATCHING (Embrion zərinin incəldilməsi)

Embrioloq tərəfindən həyata keçirilən bu üsul, yumurtanın xarici qatına (zona pellicida) mikroskop altında lazer ilə bir pəncərə açılmasıdır.Bu prosedur bölünmüş embrionun uşaqlıq divarına yerləşdirilməsindən əvvəl çıxmasına şərait yara-dır.Assisted hatching hamiləlik şansının (implantasiyanın) artması üçün aparılan bir mikromanipulyasiya metodudur.

EMBRİONLARIN SAXLANILMASI

Embrion “İnkubator” adlı cihazda saxlanılır.Bu cihazda istilik və PH insan bədəni-nə uyğun şəkildə tənzimlənir.Hər cütlüyün embrionların inkubatorlarda ayrı xanalarda saxlanılır.

EMBRİON KÖÇÜRÜLMƏSİ

Embrionlar nazik bir kateterlə uşaqlığın boynundan girilərək uşaqlığın içinə yerləşdirilir.Bu sadə prosedurada anesteziya lazım olmadığı halda, bəzi xanımlar aybaşı sancılarına bənzər uşaqlıq ağrıları ilə rastlaşa bilərlər. Xəstəxanada yarım saatlıq istirahətdən sonra qadınlar evə göndərilir.

PGD nədir?

Preimplantasiya genetik diaqnozu - embrion hüceyrələrinin xüsusi molekulyar-bioloji testləndirilməsidir.Bu müayinə embrionların uşaqlığın içinə yerləşdirmədən öncə aparılır.PGD vasitəsilə 150-də çox genetik xəstəliklər aşkar etmək mümkündür.Preimplantasiya genetik skrininqinin aparılması pasiyentlərin müalicə prosedurunu dəyişdirmir çünki bütün əlavə manipulyasiyalar embrioloji laboratoriya şəraitində həyata keçirilir. Lakin PGD –ni aparmaq üçün çox embrion sayı lazım olduğundan qadın yumurtalıqlarının stimulyasıyası daha fəal aparılır. 

PGD-nin məqsədləri:

  • Genetik anomaliyalı uşaqların doğulma riskinin azalması
  • Düşüklər riskini azaltmaq
  • Anormal kariotipə malik olan embrionları seçmək, beləliklə dondurulması üçün ən yaxşı embrionları müəyyən etmək.
  • Əvvəlki EKM cəhdlərində implantasiya uğursuzluqlarının səbəblərini öyrənmək.
  • HLA-tipləmənin aparılması, gələcək uşağın xəstə qardaş və bacısı üçün donor kimi seçilməsi imkanını yaradır.
  • Cinsiyyətlə bağlı genetik xəstəliklərin müəyyən edilməsi üçün embrionların cinsiyyətinin müəyyənləşdirilməsi
  • Rezus uyğunsuzluqdan yaranan hemolitik xəstəliyi uşaqda istisna etmək üçün embrionların rezus mənsubiyyətini müəyyənləşdirmək

Hansı xəstəlikləri PGD yolu ilə embrionlarda müyyən etmək olar?

  • Daun, Edvard, Alfred sindromları
  • Hemofiliya
  • Mukovissidoz
  • Fenilketonuriya
  • Fankoni anemiyası
  • Hentinqton xəstəliyi
  • Miodistrofiya
  • Retinoblastoma
  • Miopatiya
  • Axondroplaziya
  • Bir çox digər genetik xəstəliklər
Ad, soyad İxtisas Bölmə
Dr. Elnarə Salahova Ginekoloq Mama-Ginekologiya
Dr. Fidan Həsənova Ginekoloq Ginekologiya
Dr. Günay Rzayeva Ginekoloq Mama-Ginekologiya
Dr. İlyas Karayaka Embrioloq Mama-Ginekologiya
Dr. Könül Əhədzadə Ginekoloq Mama-Ginekologiya
T.e.n. Dr. Mahirə İsmayılova Ginekoloq Mama-Ginekologiya
Dr. Nailə Hüseynova Ginekoloq Mama-Ginekologiya
Dr. Ramin Salahov Ginekoloq Mama-Ginekologiya
Dr. Sevinc Məmmədova Ginekoloq Mama-ginekologiya
Dr. Sevinc Sevdimalıyeva Ginekoloq Ginekologiya
Dr. Zahirə Mərdanova Mikrobioloq Mama-Ginekologiya
Dr. Əsmər Axundova Ginekoloq Ginekologiya