• Ümumi məlumat
  • Həkimlər
  • Neyrocərrahiyyə

    +

    Mərkəzi Klinikanın Ümumi Cərrahiyə Şöbəsinin Neyrocərrahiyyə bölməsində müasir beyin cərrahiyyəsinin icra edildiyi əməliyyatların əksəriyyəti hal hazırda icra edilir.

    Aşağıda beyin cərrahiyyəsinin müxtəlif bölümləri göstərilmişdir.

    • Neytravmatalogiya və urgent neyrocərrahiyyə;
    • Neyroonkologiya;
    • Serebro – vaskulyar neyrocərrahiyyə;
    • Spinal neyrocərrahiyyə;
    • Periferik sinir cərrahiyyəsi;
    • Pediatrik neyrocərrahiyyə;
    • Funksional neyrocərrahiyyə;

    Xəstəxanamızda 24 saat fəaliyyət göstərən: ixtisaslaşmış neyroreanimasiya, Kompyuter Tomoqrafiya, Maqnit Rezonans Tomoqrafiya, Angioqrafik labaratoriya, Neonatoloji reanimasiya, profesional travmatoloq, ümumi cərrah, kardioloq, torokal cərrah, kardio və damar cərrahı, üz – çənə cərrahı və profesional neyrocərrahlar tərəfindən bütün növ politravmalar, neyrotravmalar, və təcili müdaxilə tələb olunan bütün neyrocərrahi əməliyyatlar icra olunmaqdadır. Xəstənamızın çox profilli olması lazım olduğu anda digər profilli həkimlərində mülicəyə müdaxilə etməsi müalicə effektini artırır və inkişaf etmiş ölkərin tibbi protokollarını istifade etməyə imkan verir.

    Neyroonkologiya sahəsində müasir metodika ilə icra olunan əməliyyatlar mikroskopun və endoskopun istifadəsi ilə aparılır. Hal hazırda xəstəxanımızda Carl Zeiss markalı müasir mikroskop beyinin bütün dərinliklərini 60 dəfəyə kimi böyüdülmüş halda görməyə imkan verir və beyin üzərində icra edilən əməliyyatların travmatizmini azaltmaqda bizə yardımçı olur. Kəllə əsası cərrahiyyəsində isə endoskopun köməyi ilə mikroskopun girə bilmədiyi yerlərə də minimal invaziv metodika ilə girilib əməliyyatları icra edirik. Bu sahədə Azerbaycanda ilk endoskopik əməliyyatlar məhz Mərkəzi Klinikada başlanmış və 10 ildən artıq bu sahədə təcrübəmtəcrübə toplanmışdır.

    Beyin damar xəstəlikləri sinir sisteminin ən yayılmış xəstəlikləri sayılır. Bu sahədə müasir dünyada icra olunan mikroskopik və endovaskulyar əməliyyatlar hazırda bizim xəstəxanada icra olunmaqdadır. Qeyd etmək istərdik ki, hal hazırda Azerbaycanda yalnız bizdə Mərkəzi Klinikada ki, hər iki metodika uğurla tətbiq olunur.

    Spinal neyrocərrahiyə sahəsində instrumentasiyon texnika ilə fəqərələrin fiksasiyası, mikrocərrahi dekompressiya və hər hansı törəmənin xaric edilməsi, eyni zamanda spinal damar xəstəliklərində endovaskulyar və mikroskopik əməliyyatlar hal hazırda bizim klinikada aparılmaqdadır.

    Periferik sinir sistemi cərrahiyəsində icra olunan nevroliz, Blok sindromlarında kələflərin açılması, Periferik sinir sistemi şişlərinin mikrocərrahi xaric edilməsi əməliyyatları klinikamızda aparılır.

    Pediatrik neyrocərrahiyədə inkişaf etmiş ölkərdə olduğu kimi müasir pediatrik şöbə, neonataloji neyroreanimasiya, pediatrik neyrocərrahiyyədə istifadə olunan minimal inzav metodikalar endoskopik hidrosefaliya, sistostomiya əməliyyatları hal hazırda Azərbaycanda yalnız bizdə Mərkəzi Klinikada aparılır.

    Funksional neyrocərrahiyyə sahəsində hal-hazırda Azərbaycanda yalnız epilepsiya cərrahiyəsi icra edilməsi mümkündür. Epilepsiya cərrahiyyəsinin icra edilməsi üçün lazım olan bütün tibbi avadanlıqlar hal hazzırda klinikamızda mövcuddur.

  • Stomatologiya

    +

    Altı ayda bir Diş həkiminə getmək, Sizi bir çox xəstəliklərdən qoruyacaqdır.

    İmplant nədir?

    İmplant-latın sözü olub mənası “əkmək” deməkdir.Diş implantları, “süni diş kökləri”nin çənə sümüyü içərisinə yerləşdirilməsidir (əkilməsidir).İmplantların sümüyə tutunması tamamlandıqdan sonra isə üzərinə müxtəlif növ protezlər düzəldilir. 

    İmplantlar sayəsində:

    • Sağlam dişləriniz kəsilməyəcək, yonulmayacaq
    • Proteziniz sabit olacaq
    • Bəzi hallarda düzəldilən hərəkətli protezləriniz möhkəm olcaq,oynamayacaq
    • Çənə sümüyünüz qorunacaq, mükəmməl bir çeynəmə funksiyanız və estetik dişləriniz olacaq.

    Rahat çeynəmək, gülmək və danışmaq, hamı kimi sizin də ən təbii haqqınızdır.

    Protezlər

    Protezlərin müxtəlif növləri var

    • Sabit protezlər (qapaqlar və körpülər)
    • Hərəkətli protezlər (tam və hissəvi)
    • İmplant üstü protezlər

    Sabit protezlər müxtəlif materiallardan hazırlana bilər. Onlardan ən başlıcası:

    • metal-keramik qapaqlar-metaldan hazırlanmış karkasın üstünə keramika qoyularaq bişirilir. Həm ön,həm də arxa dişlərə hazırlamaq olar.
    • zirkonyum qapaqlar (kronlar)-karkas hissəsi zirkonyum tərkinli xüsusi keramikadan hazırlanır.Üzərinə keramika yığılaraq bişirilir. Orqanizma ilə biyolojik uyğunluğu və estetik görünüşü mükəmməldir.
    • full-keramik qapaqlar-bunların karkas hissəsi olmur.Tamamən keramikadan hazırlanır.Rəngi təbii dişlərə çox yaxın olur. Orqanizma ilə biyolojik uyğunluğu və estetik görünüşü mükəmməldir.
    Laminate qapaqlar

    Florozisin (içməli sudakı florun miqdarı normadan çox olduqda yaranır) və ya uşaq vaxtı istifadə olunan bəzi antibiotiklərin dişdə yaratdığı rəng dəyişikliyi müxtəlif dərman preparatları ilə ağardıla bilsə də, bunlar qalıcı olmur. Müəyyən bir vaxtdan sonra (təxminən 6 ay) təkrar rəng dəyişikliyi yaranır. Bu kimi hallarda Laminat qapaqlar ideal həll variantı sayıla bilər. Dişlərin üzəri keramikadan hazırlanmış çox incə bir örtüklə (laminat qapaqla) örtülür.

    Laminat qapaqları istədiyimiz rəng və formada düzəldə bilərik. Rəngi qalıcıdır və heç vaxt dəyişmir. Bu qapaqların hazırlanmasında dışdə aparılan yonulma çox az miqdardadır. (Mina təbəqəsinin qalınlığının yarisi qədər).

    Hərəkətli protezlər- damaqdan və ya ağizda qalan dişlərdən faydalanaraq hazırlanan protezlərdir.

    Bunların da müxtəlif növləri var.

    Tam protezlər - Tamamən dişsiz çənələrə düzəldilir. Damaq hissəsi plastmasdan olsada, dişlər plastmasdan və ya keramikadan hazırlana bilər.

    Hissəvi protezlər - metaldan (bugel) vəya plastmasdan hazırlanır. Klammerlər vasitəsi ilə dişlərə tutunur. Bu klammerlər, çeynəmə, danışma və gülmə əsnasında protezin yerindən oynamasına mane olur.

    Əgər ağızdakı diş sayisi az isə, qalan dişlərin tutuculuğundan yararlanaraq hissəvi protezlər düzəldilir. Estetikdir,istifadəsi asandır və uyğunlaşma müddəti qısadır.

    Həssas tutuculu protezlər - məsələ FM protezlər-qismi diş əksikliyində düzəldilir, çənənin sadəcə diş əksik olan hissəsini əhatə edir. İstifadəsi asanddır. Uyğunlaşma müddəti qısadır.

    Plomblar

    Kariesli dişlərin plomblanmasında müxtəlif materiallardan istifadə olunur. Bunlardan ən başlıcası amalqamkompozitdir.

    Amalgam plomb

    Bir neçə metalın qarışığından hazırlanır. Stomatologiyada uzun illərdir istifadə olunur. Çox möhkəm və uzunömürlüdür.

    Kompozit plombların iki tipi var:

    • öz-özünə bərkiyən
    • işıqla bərkiyən

    Işıqla bərkiyən kompozit plomblar (estetik plomblar)

    Bu plomb materialının müxtəlf rəng çalarları var. Ona görə müalicə olunan dişin rənginə tamamən uyqun rəng seçmək mümkündür.

    Diş əti xəstəlikləri

    Diş əti xəstəliklərinin səbəbləri müxtəlifdir. Amma bir çoxunun səbəbi gigiyenik qulluğun olmaması və bunun nəticəsində yaranan diş daşlarıdır. Diş daşlarının üstünə yığılan bakteriyalar dişəti xəstəliklərinin yaranmasına,ağız qoxusuna və dişətinin çəkilməsinə səbəb olur. Bu tip diş əti xəstəliklərinin müalicısinə, mütləq diş daşlarının təmizlənməsindən başlamaq lazımdır.

    Faydalı məsləhətlər

    Dişlərin əmələ gəlməsi ana bətnində hamiləliyin beşinci həftəsindən etibarən başlayır. Ona görə də, hamiləlik dövründə ananın qəbul etmiş olduğu dərmanlar, keçirdiyi xəstəliklər və qidalanma şəkli uşağın dişlərinin zəif və ya qüvvətli olmasına səbəb olur.

    Daimi dişlərin inkişafı isə uşaq anadan olduqdan sonrakı dövrə təsadüf edir. Deməli,uşağin keçirdiyi xəstəliklər, qəbul edəcəyi dərmanlar və qidalanma şəkli də, gələcəkdə daimi dişlərinin sağlamlığına təsir edəcəkdir.Ona görə də uşağı bir yaşından etibarən periodik olaraq uç ayda bir diş həkiminə aparmaqla, siz körpənizi gələcəkdə yaranabiləcək ağız xəstəliklərindən qoruya bilərsiniz.

    Süd dişlərinin uşağın qidalanmasında böyük əhəmiyyəti var. Çürük dişləri olan və ya süd dişləri çəkilmiş olan uşaqlar rahat yemək yeyə bilmədikləri üçün inkişaf prosesi çox yavaş gedir və nəticədə uşaq tez tez xəstələnir.

    Dişlər eyni zamanda danışmaq üçün gərəklidir. Xüsusilə uşaq danışmağa başladığı dövrdə ön tərəfdəki süd dişlərinin olmaması F,V,S.Z.T hərflərinin səhv tələffüz edilməsinə səbəb olur. Bu da vərdiş halını alır və uşaq böyüdükdən sonra da, bu hərfləri düzgün tələffüz etmir.

    Bundan başqa, çürük və əksik dişləri olan uşaqlar çirkin göründüklərini düşünərək insanlardan uzaq durmağa çalışırlar ki, bu da nəticədə psikolojik problemlərin yaranmasına səbəb olur.

    Süd dişlərinin bir başqa funksiyası da altdan gələcək olan daimi dişlər üçün yer saxlamaqdır. Vaxtından əvvəl çəkilən süd dişlərinin altından çıxan daimi dişlər ya gec çıxır,ya da əyri olur.

    Diş fiçalama qaydalari

    Dişləri gündə ən az iki dəfə, səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl, firçalamaq lazimdir.

    Lakin əsas önəmli olan düzgün fırçalamaqdır.Əks təqdirdə dişlərinəzə və diş ətinizə daha da zərər vermiş olarsınız.Ona görə də bir neçə önəmli xüsusa diqqətinizi çəkmək istəyirik.

    • Diş fırçasının seçimi. Orta sərtlikdə, tüklərinin uc hissəsi yuvarladılmış, kiçik boylu (baş hissəsi) və ələ yatımlı fırçalardan istifadə etmək lazımdır.
    • Dişlərinizi fırçalayarkən güzgüyə baxın və bütün dişlərinizə fırçanın toxunmasına diqqət edin. Fırçanın üstündən bərk basmayın.Fırçanın dişə və diş ətinə təmas etməsi kifayətdir.
    • Fırçanızı 2-3 aydan artıq istifadə etməyin. Tükləri əyilmiş və ya rəngi dəyişmiş fırçaları istifadə etməyiniz.
    • Diş məcununu fırçanızın üstünə noxud böyüklüyündə qoymağınız kifayətdir.
    • İşiniz bitdikdən sonra fırçanızı yuyun, qurulayın və təmiz yerdə saxlayın.
    • Ailənin hər fərdinin fırçası ayrı olmalıdır.

    Bəzi insanlar gecələri özləri də hiss etmədən dişlərini sıxırlar. Bu da dişlərin üstündə çox böyük bir travma yaradır. Nəticədə dişlər ya qırılır, yada minə təbəqəsi “əriyir”, dişlər həssaslaşır, çürüyə qarşı müqaviməti azalır. Eyni zamanda çənə oynaqlarında ağrıları olur,müxtəlif səslər eşidilir. Bu tip insanlara gecələri taxıb yatması üçün qoruyucular (caplar) hazırlanır.

Ad, soyad İxtisas Bölmə
Dr. Arzu Eyvazova Oftalmoloq Göz Xəstəlikləri Cərrahiyyəsi
Dr. Aybəniz İbrahimova Otolarinqoloq Qulaq Burun Boğaz Xəstəlikləri
Dr. Bilal Çərkəsov Otolarinqoloq Otolaringologiya
Prof. Dr. Burhan Dadaş Otolarinqoloq Qulaq Burun Boğaz Xəstəlikləri
Prof. Dr. Erşan Aygün Ümumi cərrah Ümumi cərrahiyyə
Dr. Firuzə Hümbətəliyeva Ümumi cərrah Ümumi cərrahiyyə
Dr. Məhəmməd Qafarov Plastik Rekonstrüktiv və Estetik Cərrah Plastik Cərrahiyə
Dr. Nailə Əbdülkərimova Oftalmoloq Göz Xəstəlikləri Cərrahiyyəsi
Dr. Tariyel Nadirov Ümumi cərrah Ümumi cərrahiyyə
Dr. Ülkər Əliyeva Oftalmoloq Göz Xəstəlikləri Cərrahiyyəsi
Dr. Vüqar Mirzəliyev Beyin cərrahı Neyrocərrahiyyə
Dr. Vüsal Abdullayev Ümumi cərrah Ümumi cərrahiyyə
Dr. Zaur Xəlilov Ümumi cərrah Ümumi cərrahiyyə
T.ü.f.d. Dr. Əli Ələkbərov Neyrocərrah Neyrocərrahiyyə