• Ümumi məlumat
  • Həkimlər

Hər bir erkən doğulmuş körpələr ROP müayinəsindən keçməlidir.

Prematur Retinopatiya ROP

Erkən doğulmuş körpələrin ən vacib göz problemlərindən biri “yarımçıq doğulmuşların retinopatiyası” dır. (Retinopathy of Prematurity – ROP). Bu vaxtından əvvəl və az çəki ilə doğulmuş uşaqlarda müşahidə edilən bir patologiyadır.

Normal vaxtında doğulmuşların gözlərindəki damar sistemi doğulana qədər tam formalaşır. Uşaq doğulduqdan sonra da inkişaf davam edir. Erkən və az çəkili doğuşlarda bu inkişaf prosesi tamamlanmadan uşaq doğulur. Uşaq doğulduqdan sonra da bu inkişaf davam edir. Bir çox risk faktorunun da təsiri ilə gözdəki damarlar anormal formalaşır. Bu yeni damarlar uşağın retinasına yəni ağ təbəqəsinə təsir etdiyi üçün daimi korluğa səbəb ola bilər.

Risk faktorları nədir?

Yarımçıq doğulmuşların retinopatiyasının inkişafında bir çox faktorlar rol oynayır.

1. Erkən doğum həftəsi

2. Aşağı doğum çəkisi

3. Oksigen müalicəsinin müddəti

4. Əlavə olaraq təkrarlanan tənəffüs problemi

5. Ağır infeksion xəstəliklər

6. Qan köçürülməsi

7. Beyin qanaxması

8. Ağciyərlərin açılmaması

9. Ürəkdə dəlik olması

Çəkisi 2000 qr-dan aşağı və doğum həftəsi 35-dən az olan uşaqlar ən böyük risk qrupundadır.

Risk altındakı uşaqlar necə müşahidə olunur?

Hamiləliyin 35-ci həftəsindən əvvəl doğulan və 2000 qramdan aşağı doğum çəkisi olan bütün yenidoğulmuşlar risk altındadır və retinaları damarlanma müddəti bitənə qədər müayinə olunmalıdır.

Həm də vaxtından əvvəl doğulan uşaqlarda refraksiya, çəpləşmə, katarakta, qlaukoma vaxtında doğulmuş uşaqlardan daha çox rast gəlindiyi üçün 1 yaşından sonra müayinə olunmalıdır.

Nə zaman rast gəlinə bilər ?

Vaxtından əvvəl doğulmuşların retinopatiyası daha çox doğumdan sonra körpənin 6-8-ci həftələrində üzə çıxır. 28 həftəlik doğulan uşaqlarda 40-cı gündən etibarən həkim tərəfindən müayinə edilməlidir. Bu səbəblə yuxarıda sayılan bütün risk qrupundakı uşaqlar doğulandan sonra 4-6 həftə-lik olduqlarında mütləq təcrübəli mütəxəssis, göz həkimi tərəfindən müayinə edilməlidir. Bu vaxt ərzində xəstəxana-da yatmaqda olan uşaqların müayinəsi küvezdə aparılır.

Xəstəliyin mərhələləri var

Bu xəstəlikdə retina təbəqəsinin damarları zədələnir və 5 mərhələsi vardır. I və II mərhələdə xəstəlik öz-özünə geriliyə bilər. Bu uşaqlar retina təbəqəsi tam formalaşana (yəni esasən doğulmalı olduğu tarixə) qədər izlənilməlidir. Ancaq 3-cü mərhələdən etibarən lazer və ya dondurma müalicəsi (kriyo) lazımdır. Bu edilmədiyində xəstəlik irəliləyər və son IV və V mərhələdə retina təbəqəsi geri dönüşü olmayan zərər görər. Əməliyyatla düzəlmə şansı azalar və ən sonunda korluq əmələ gələ bilər. Yarımçıq doğulmuşun retinopatiyası vaxtında diaqnoz qoyulmazsa və müalicə olunmazsa korluğa qədər gedə bilən ciddi bir xəstəlikdir.

Əziz valideynlər, övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq müayinəsinə gətirin! Siz körpənizin ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərsiniz. Körpənizin 4-5 aylığında ona göstərilən əşya və oyuncaqlara baxmadığını, göz təması qura bilmədiyini müşahidə edib gec bir zamanda həkim-oftalmoloqa müraciət etsəniz gecikə bilərsiniz. Buna görə də ilk gündən körpənizin qayğısına qalın.

Övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq müayinəsinə keçməlidir!

Ad, soyad İxtisas Bölmə
Dr. Arzu Eyvazova Oftalmoloq Göz Xəstəlikləri Cərrahiyyəsi
Dr. Nailə Əbdülkərimova Oftalmoloq Göz Xəstəlikləri Cərrahiyyəsi
Dr. Ülkər Əliyeva Oftalmoloq Göz Xəstəlikləri Cərrahiyyəsi