• Ümumi məlumat
  • Həkimlər

Mərkəzi Klinikanın Ümumi Cərrahiyə Şöbəsinin Neyrocərrahiyyə bölməsində müasir beyin cərrahiyyəsinin icra edildiyi əməliyyatların əksəriyyəti hal hazırda icra edilir.

Aşağıda beyin cərrahiyyəsinin müxtəlif bölümləri göstərilmişdir.

  • Neytravmatalogiya və urgent neyrocərrahiyyə;
  • Neyroonkologiya;
  • Serebro – vaskulyar neyrocərrahiyyə;
  • Spinal neyrocərrahiyyə;
  • Periferik sinir cərrahiyyəsi;
  • Pediatrik neyrocərrahiyyə;
  • Funksional neyrocərrahiyyə;

Xəstəxanamızda 24 saat fəaliyyət göstərən: ixtisaslaşmış neyroreanimasiya, Kompyuter Tomoqrafiya, Maqnit Rezonans Tomoqrafiya, Angioqrafik labaratoriya, Neonatoloji reanimasiya, profesional travmatoloq, ümumi cərrah, kardioloq, torokal cərrah, kardio və damar cərrahı, üz – çənə cərrahı və profesional neyrocərrahlar tərəfindən bütün növ politravmalar, neyrotravmalar, və təcili müdaxilə tələb olunan bütün neyrocərrahi əməliyyatlar icra olunmaqdadır. Xəstənamızın çox profilli olması lazım olduğu anda digər profilli həkimlərində mülicəyə müdaxilə etməsi müalicə effektini artırır və inkişaf etmiş ölkərin tibbi protokollarını istifade etməyə imkan verir.

Neyroonkologiya sahəsində müasir metodika ilə icra olunan əməliyyatlar mikroskopun və endoskopun istifadəsi ilə aparılır. Hal hazırda xəstəxanımızda Carl Zeiss markalı müasir mikroskop beyinin bütün dərinliklərini 60 dəfəyə kimi böyüdülmüş halda görməyə imkan verir və beyin üzərində icra edilən əməliyyatların travmatizmini azaltmaqda bizə yardımçı olur. Kəllə əsası cərrahiyyəsində isə endoskopun köməyi ilə mikroskopun girə bilmədiyi yerlərə də minimal invaziv metodika ilə girilib əməliyyatları icra edirik. Bu sahədə Azerbaycanda ilk endoskopik əməliyyatlar məhz Mərkəzi Klinikada başlanmış və 10 ildən artıq bu sahədə təcrübəmtəcrübə toplanmışdır.

Beyin damar xəstəlikləri sinir sisteminin ən yayılmış xəstəlikləri sayılır. Bu sahədə müasir dünyada icra olunan mikroskopik və endovaskulyar əməliyyatlar hazırda bizim xəstəxanada icra olunmaqdadır. Qeyd etmək istərdik ki, hal hazırda Azerbaycanda yalnız bizdə Mərkəzi Klinikada ki, hər iki metodika uğurla tətbiq olunur.

Spinal neyrocərrahiyə sahəsində instrumentasiyon texnika ilə fəqərələrin fiksasiyası, mikrocərrahi dekompressiya və hər hansı törəmənin xaric edilməsi, eyni zamanda spinal damar xəstəliklərində endovaskulyar və mikroskopik əməliyyatlar hal hazırda bizim klinikada aparılmaqdadır.

Periferik sinir sistemi cərrahiyəsində icra olunan nevroliz, Blok sindromlarında kələflərin açılması, Periferik sinir sistemi şişlərinin mikrocərrahi xaric edilməsi əməliyyatları klinikamızda aparılır.

Pediatrik neyrocərrahiyədə inkişaf etmiş ölkərdə olduğu kimi müasir pediatrik şöbə, neonataloji neyroreanimasiya, pediatrik neyrocərrahiyyədə istifadə olunan minimal inzav metodikalar endoskopik hidrosefaliya, sistostomiya əməliyyatları hal hazırda Azərbaycanda yalnız bizdə Mərkəzi Klinikada aparılır.

Funksional neyrocərrahiyyə sahəsində hal-hazırda Azərbaycanda yalnız epilepsiya cərrahiyəsi icra edilməsi mümkündür. Epilepsiya cərrahiyyəsinin icra edilməsi üçün lazım olan bütün tibbi avadanlıqlar hal hazzırda klinikamızda mövcuddur.

Ad, soyad İxtisas Bölmə
T.ü.f.d. Dr. Coşqun Məmmədov Neyrocərrah Neyrocərrahiyyə
Dr. Vüqar Mirzəliyev Neyrocərrah Neyrocərrahiyyə
T.ü.f.d. Dr. Əli Ələkbərov Neyrocərrah Neyrocərrahiyyə