- Ümumi məlumat
- Həkimlər
Pediatrik Reanimasiyası və İntensiv Terapiya Şöbəsi həyati vacib orqanların funksiyalarının qorunması və bərpasını təmin edən şöbədir. Mərkəzi Klinik Xəstəxananın Pediatrik Reanimasiyası 6 çarpayıdan, İntensiv Terapiya bloku isə 2 çarpayıdan ibarətdir. Həkimlərimiz briqada şəklində 7gün 24 saat fəaliyyət göstərir, xəstələrə 24 saat monitor təqibi və alınan analiz nəticələrinə uyğun olaraq müalicə işi dünya səhiyyə protokollarına uyğun olaraq qurulur. Mərkəzi Klinikada 24 saat bütün növ laborator və diaqnostik müayinələr aparılır və bütün sahələr üzrə yüksək ixtisaslaşdırılmış həkimlərlə məsləhət aparılaraq diaqnoz təsdiqlənir.
Uşaq reanimasiyası və intensiv terapiyası şöbəsində sepsis, şok, poliorqan yetməzliyi, yuxarı və aşağı tənəffüs yollarının obstruktiv xəstəlikləri, xronik ağciyər xəstəliklərinə bağlı olan tənəffüs çatmazlığı olan xəstəliklər (pnevmoniya, bronxiolit, obstruktiv bronxit, ARDS, ağciyər qanaxmaları) və ağciyər damarlarında pulmonar tromboemboliya, ritim problemləri, kardiomiopatiyalar, ani ürək və tənəffüs dayanması, GİS qanaxmaları, ağır qaraciyər və böyrək çatmazlığı, bəzi beyin-sinir xəstəlikləri, koma, travmalar , onkoloji xəstələr, əməliyyat sonrası ağır xəstələrin izlənilməsi həyata keçirilir.
Ad, soyad | İxtisas | Bölmə |
---|---|---|
Dr. Nərmin Talıbova | Pediatr-reanimatoloq | Pediatriya |