• Ümumi məlumat
  • Həkimlər

Həyati göstəriciləri, həyatı funksiyaları pozulmuş və yaşaması risk altında olan hər bir xəstə kritik xəstə olaraq qəbul olunur. Reanimasiya - kritik xəstələrin saxlanıldığı və 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərildiyi bir şöbədir. Son illərdə texnologiyanın sürətli inkişafı tibb elminə, xüsusi ilə də Reanimasiya şöbəsinin işində nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaratmışdır.

Reanimasiya dünyada və ölkəmizdə gənc bir bölüm olmasına baxmayaraq, elm və texnoloji qazancların  tibbə uyğunlaşması əsasında çox qısa zamanda böyük nailiyyətlər əldə etmişdir. Bütün dünyada olduğu kimi aneztezioloqların rəhbərliyi ilə başlayan reanimasiya çalışmaları digər ixtisasları da cəlb etmişdir. Reanimasiyada süni tənəffüs aparatına ehtiyacı olan və xüsusi baxım tələb olunan xəstələr yatırılır. Reanimasiya tibbin elmi praktik bölməsi kimi 60 il əvvəl yaranmışdır. Bununla əlaqədar Avropa polimielit epidemiyası zamanı təsadüf olunan tənəffüs çatmazlığında yeni mübarizə tədbirləri işlənib hazırlanmış, patoloji fiziologiyanın, transplantologiyanın və s. sahələrin nailiyyətlərinə səbəb olmuşdur. Reanimasiya müasir texnikanın nailiyyətlərinə (orqanizmin funksional pozğunluğunu siqnalla xəbər verən yeni elektron aparatlar, tənəffüsü, qan dövranını tənzimləyən aparatlar və s.) əsaslanır.

Mərkəzi Klinika Reanimasiya şöbəsi yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulmuşdur. Hər çarpayının başında tənəffüs aparatı cihazı və hər cür monitorizasiyaya uyğun monitorlar yerləşdirilmişdir. Eyni zamanda Hemodializ, Hemofiltrasiya, Plazmofarez, MARS, ECMO, CPFA cihazları var ki, o da qəflətən meydana gələn orqan çatışmazlıqları zamanı istifadə edilməsi üçün hazır olaraq yerləşdirilmişdir.

Reanimasiya şöbəsinin mütəxəssis həkimləri xəstələrə xidmət göstərərkən, digər dar ixtisas həkimlərinin konsultasiyalarına da müraciət edirlər. Reanimasiya şöbəsində yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılmışdır. 

Reanimasiyamız 19 çarpayılı olub bunlardan 5-i İntensiv Terapiya çarpayısı. Bir ədəd 1 çarpayılı və bir ədəd 2 çarpayılı “box” otaqlardan ibarətdir.

İntensiv terapiya şöbəsində isə eyni zamanda süni tənəffüs aparatına ehtiyacı olmayan və ya əməliyyatdan çıxan, qısa müddətdən sonra aparatdan ayrılacaq xəstələr, reanimasiyadan çıxa biləcək, ama normal stasionarda təqibi riskli olan xəstələr, ümumi vəziyyəti stabil olan nevrolojik xəstələr yatırılır. Eyni zamanda əməliyyat sonrası xəstələr də çox ağır və ya multitravmalı deyilsə burada yatırılır.

Ümumi reanimasiyanın qəbul kriteriyaları:

Diaqnoza görə:

Ürək dammar sistemi: Miokard İnfarkt, Şok, Kompleks aritmiyalar, KKY, Hipertenziv kriz, Stenokardiya, Ürək tampanadası, Aorta anevrizması, Komplet A-V  blok

Tənəffüs sistemi: Kəskin tənəffüs çatışmazlığı, Pulmonar emboliya, Massiv hemoptizi, İntubasiya edilməsi vacib olan xəstələr, ARDS, Ciddi pnevmoniyalar

Nevroloji: kəskin Beyin Qan Dövran Pozqunluğu (CVA), subaraknoid qanama (SAK),  Menengit, Ensefalit, Neyromuskulyar xəstəliklər (Myastenia Gravis, Guillian Barre kimi), Status Epilepticus, Kəllə travmaları

Zəhərlənmələr və ya yüksək dozada dərman qəbulu

Mədə-Bağırsaq Sistemi: Fulminan KC  çatışmazlığı, Pankreatit, Ciddi qanama, Qida borusunun yırtılması

Endokrinoloji: Ketoasidoz, Tiroid və miksödem koması, Hiperosmolyar vəziyyətlər, Ciddi elektrolit inbalansı

Cərrahi: Əməliyyat sonrası xəstələr (böyük əməliyyatlar sonrası və ya ağır xəstələr)

Septiki şok və yanıqlar, Multitravmalar, Hemodinamik monitorizasiya vacib olan xəstələr

Obyektiv Parametrlərə görə:

Nəbz: <40, >150

AT: <80, MAP <50, DAP>120

Tənəffüs: >35,  <5

Laborator:

PO2<50,  pH>7.7,  <7.1

Qan şəkəri:  >800 mg/dl,Ca>15mg/dl

Na<110,  >170

Radiloloji: Kəllə  daxili qanama, kontuziya, Subaraxnidal qanama, Orqan perforasiyası, Dissekan anevrizması

EKQ: Kəskin miokard infarktı, aritmiyalar, VT, VF, AV blok

Kəskin olan fizioloji dəyişikliklər: Anizokariya, Yanıq>10%, Anuriya, Hava yolu tıxanması, koma, siyanoz.

“Box” otaqlarda infeksiyalı xəstələr, orta və ağır dərəcəli yanıqlar, digər xəstəxanadan köçürülən, xəstəxana infeksiyası olma ehtimalı olan xəstələr yatırılır. Burada təkrar qaloş geyinilib maska bone taxılır.

Pediatrik və yetkin yaşa qədər bütün kritik xəstələrin qəbul edildiyi şöbəmizdə xəstələrin qəbulundan etibarən, xəstə ilə əlaqəli hər cür təqib və müalicə aparılır, personal tərəfindən yüksək səviyyəli tibbi xidmətləri göstərilir. Ümumi reanimasiyanın qəbul kriteriyalarına uyğun xəstələrin yatırıldığı şöbəmizdə aşağıdakı xəstələr qəbul edilməkdədir:

  • Böyük əməliyyat sonrası yaxın təqib tələb olunan xəstələr
  • Beyin qanaması keçirən xəstələr
  • Anidən iflic keçirən xəstələr
  • Ciddi tənəffüs çatışmazlığı
  • Ciddi infeksiyası olan xəstələr
  • Həyati göstəricilərə təsir edən zəhərlənmələr
  • Müştərək travma (kəllə-beyin, döş qəfəsi, qarın və ətraflar travmaları kimi) keçirən xəstələr
  • Sinir sistemi xəstəliyi olan xəstələr (Myastenia Gravis, Guillian Barre kimi) 
  • Təcili dializ tələb edən qəfil böyrək çatışmazlıqlarında

Havalandırma hepafiltrelidir və xəstə otaqlarının havası bir saatda 6 dəfə dəyişdirilir. Nəmişliyi 30-60% və istiliyi 18-25 C˚ arasında tənzimləyə bilir , eyni zamanda hər otağın istiliyi və otaqiçi təzyiqi tənzimlənir. Bu bizə hər otağı neqativ və ya pozitiv təzyiqli hala gətirməmizə imkan yaradır.

Ad, soyad İxtisas Bölmə
Dr. Gülana Ələkbərova Reanimatoloq Reanimasiya
Dr. Rövşanə Qasımova Reanimatoloq Reanimasiya
Dr. Səbinə Qasımova Nefroloq Reanimasiya
Dr. Səbuhi Sofiyev Reanimatoloq-anestezioloq Reanimasiya
Dr. Sədaqət Bəhri Reanimatoloq Reanimasiya
Dr. Vüqar Abdulkərimov Alqoloq-reanimatoloq Reanimasiya