• Ümumi məlumat
  • Həkimlər

Mərkəzi Klinikada mövcud olan Terapiya şöbəsinin peşəkar həkimləri yüksək səviyyəli diaqnostik müayinələr həyata keçirir. Müayinə və müalicə individual proqram üsulu ilə aparılır. Eyni zamanda tibbin ən son yenilikləri əsasında xəstələrə yüksək səviyyəli diaqnostik, müalicə və profilaktik xidmətlər göstərilir. Poliklinikanın nəzdində gündüz stasionar fəaliyyət göstərir və xəstənin burada yatızdırılmağı üçün terapevt və ya dar ixtisaslı mütəxəssislərdən hər hansı birinin ( nevropatoloq, psixoterapevt, qastroenteroloq, endokrinoloq, pulmonoloq, allerqoloq-immunoloq, onkoloq, dermatoloq, hematoloq ) konsultasiyasından sonra qərar verilir. Bu üsulun üstünlüyü ondadır ki, xəstələrə kompleks müayinə və müalicənin gündüz vaxtı aparılması mümkündür. Gündüz stasionarda xəstələr həmçinin bərpaedici terapiyanın imkanlarından da istifadə edə bilərlər.

  • Allerqalogiya

    +

    Allerqologiya artıq tibbin vacib sahələrindən birinə çevrilmişdir. Tibbin bu sahəsi allergik xəstəlikləri, onların yaranma mexanizmini, allergik reaksiyaların müalicə və profilaktikasını öyrənir. Son zamanlar tibbin bu sahəsinə daha çox ehtiyac yarandığı və xəstələrin sayının artdığı üçün Mərkəzi Klinikanın allerqoloq-immunoloq mütəxəssisləri xarici ölkələrdə kurslar keçərək, xəstələrə yüksək səviyyəli xidmət göstərilməsi üçün çalışırlar. Eyni zamanda Klinikamızda xarici ölkələrdən dəvət olunmuş mütəxəssislərin də konsultasiyaları təşkil edilir. 
    Mərkəzi Klinikada aşağıdakı allergik xəstəliklərin diaqnostikası və müalicəsi həyata keçirilir:
    • Uşaqlarda soyuqdəymə ilə meydana çıxan xırıltılı tənəffüs 
    • Uşaqlarda və böyüklərdə bronxial astma 
    • Mövsümi və ilboyu davam edən allergik rinit
    • Atopik dermatit
    • Dərman allergiyaları
    • Qida allergiyaları
    • Naməlum mənbəli kəskin və xroniki səpkilər 
    • Böcək sancma reaksiyaları 
    • Digər allergik xəstəliklər 
    Bronxial astmada ağciyərlərin funksional testləri:
    • Ağciyərin funksional testləri 
    • Ağciyərin provokasiya testləri: metakolin və ya histaminlə 
    • Eqzersiz testi 
    • Nazal provokasiya testi 
    • Konyuktival provokasiya testi 
    • İsti ilə provokasiya testi 
    • Soyuqla provokasiya testi 

    Allergiyanın növündən (məişət, dərman mənşəli, alimentar , mikrob mənşəli, toz ilə əlaqədar və s.) asılı olaraq, atopik və allergik dermatitlərin, məxmərək övrə-dermatoloqlarla, allergik rinit-otolarinqoloqlarla, allergik konyunktivit- oftalmoloqlarla, bronxial astma-pulmonoloqlarla, alimentar allergiyaların müalicəsi isə qastroenteroloqlarla məsləhətləşdirilərək aparılır.

    Şöbəmizdə həyata keçirilən yeni allerqoloji müalicə və profilaktika metodları sizin orqanizminizdə allergiyanın azalmasına və ya tam yox olmasına zəmin yaradır. Eyni zamanda biz allergiyanın yaranma səbəblərini vaxtında və dəqiq olaraq aşkarlayıb, müalicənin tam, effektli şəkildə aparılmasına şərait yaradırıq.

  • Dermotalogiya

    +

    Mərkəzi Klinikanın dermatologiya bölməsinin həkimləri bütün növ dəri xəstəliklərinin müayinə və müalicəsini həyata keçirirlər:

    • Psoriaz (hormonal preparatlardan istifadə etmədən müasir yüksək effektli dərman vəfizioterapevtik müalicə);
    • Virus mənşəli xəstəliklər (adi herpes və onkoviruslar daxil olmaqla)
    • Ekzema
    • Dermatozlar
    • Dermatitlər (allergik, atopik, kontakt)
    • Eksudativ diatez 
    • Frunkulyoz 
    • Dərinin, dırnaqların və saç dibinin göbələk xəstəlikləri
    • Dərinin mikozu və kandida mikozu
    • Qasıq və ayaq barmaqarası epidermofitiyası
    • Əlvan dəmirov
    • Seboreya, akne (sızanaqları), dəri yağlanması 
    • Övrə
    • Toksikodermiya
    • Kəmərləyici dəmirov
    • Çəhrayi dəmirov 
    • Allopesiya (saç tökülməsi)
    • Dərinin irinli xəstəlikləri 
    • Dərinin və başın tüklü hissəsinin parazitar xəstəlikləri 
    • Ziyil və döymələr 
    • Papillomaların, kondilomaların demodeks, kontaqioz moluskların ləğv edilməsi 
    • Dərinin zoonoz infeksiyaları
    • Dərinin piqment dəyişiklikləri (hamiləlik, günəş)
    • Dərinin xoş xassəli və bəd xassəli törəmələri
    • Dərinin virus xəstəlikləri
    • Müxtəlif dermatoloji xəstəliklərin müalicəsi 

    Həmçinin bir sıra kosmetoloji müayinələr 
    Kontur plastikası (üzün cərrahi əməliyyatsız korreksiyası)
    Mimik qırışların açılması(botoks, disport) 

    Müalicə üsulları
    1. Dəri yama testləri (kontakt dermatitlərdə).
    2. İntralezional (səpgidaxili) inyeksiyalar.
    3. Elektrokoaqulyasiya.
    4. Paterji testləri (Behçet xəstəliyi)
    5. Dəri və toxumalarda Punch’ biopsiyalar.

    Cinsi yolla yayılan müxtəlif dəri xəstəliklərinin müalicəsini həkim-veneroloqlar həyata keçirir.

    Hər bir müalicə üsulu xəstənin yaşından, xəstəliyin etiologiya və klinikasından asılı olaraq individual şəkildə seçilir. 
    Bizim klinikamızda müalicənin yüksək nəticələri müasir tibbi preparatlar və texnologiyalar əsasında əldə edilir.
    Təkmilləşmiş laboratoriyada müxtəlif növ analizlər, diaqnostik müayinələr (immunoloji, mikrobioloji, biokimyəvi, patohistoloji və s.) aparılır.

    Dermatologiya şöbəsində xəstələrə ciddi sanitar-gigiyenik qaydalar əsasında və tam anonim şəraitdə xidmət göstərilir.

  • Endokrinologiya

    +

    Aşağıdakı hallarda endokrinoloqa müraciət etmək lazımdır:

    - bədən çəkisinin normadan artıq və ya az olması, yüksək iştaha 
    - bədənin müxtəlif nahiyəsində səpkilər
    - dərinin və saçların quru və ya yağlı olması
    - Saçların tökülməsi, dırnaqların qırılması
    -Menstrual tsiklın pozğunluqları, yumurtalıq kistaları, qadın və kişi sonsuzluğu, klimaks
    mineral balans pozğunluqları, osteoporoz, böyrək daşı 
    - arterial hipertenziya, hipotoniya
    - qalxanabənzər vəzin patologiyası
    - Süd vəzi patologiyaları
    - Şəkərli diabet
    Müxtəlif endokrin xəstəliklərin diaqnostikasında yüksək spektrli laborator və müasir instrumental müayinə üsullarından istifadə olunur. (USM, KT, MRT, Rentgen).
    1. Endokrin pozğunluqların müalicəsi, qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, metabolik sindrom, şəkərli diabetin fəsadları, (mikro-makroangiopatiya, polineyropatiya) qalxanabənzər vəzinin punksiyası, aktiv nəzarət, effektli müalicə üsulunun seçilməsi və hər bir xəstəyə individual yanaşma həkimlərimizin qarşısına qoyulan ən əsas məqsədlərdəndir.
    Endikrinologiya bölümündə müalicə olunan xəstəliklər:
    • Karbohidrat metabolizmin pozuntuları 
    • Şəkər xəstəliyi 
    • Hipoqlikemiya (qanda şəkərin azalması) 
    • Qalxanabənzər vəz xəstəlikləri: hipertiroid, hipotiroid, tiroid bəd xassəli şişləri
    • Cinsi hormonlar ilə bağlı xəstəliklər 
    • Hirsutizm 
    • Aybaşı pozuntuları 
    • Sonsuzluq 
    • İmpotensiya 
    • Kalsi-fosfor və sümük metabolizmin xəstəlikləri 
    • Osteoporoz 
    • D vitamini çatışmazlığı 
    • Paratiroid xəstəlikləri 
    • Piylənmə 
    • Xolesterol və digər yağ metabolizmi xəstəlikləri 
    • Böyrəküstü vəzin xəstəlikləri 
    • Böyrək üstü çatışmazlıq 
    • Kuşinq sindromu 
    • Feoxromositoma 
    • Hiperaldosteronizm 
    • Hipofiz xəstəlikləri 
    • Hipofiz çatışmazlığı, prolaktinin artması 
    • Akromeqaliya 
    • Qeyri şəkərli diabet 
    • Hipofiz adenomaları 
    • Endikrinoloji səbəblərlə bağlı hipertenziya 
    • Diabetik xəstələrin maarifləndirilməsi

  • Hematologiya

    +

    Hematologiya bölümündə Siz qanda baş verən hər hansı bir dəyişikliklərin səbəblərini öyrənə bilərsiniz və həmçinin aşkar olunan dəyişikliklərin korreksiyası və müalicəsi üzrə məsləhətlər ala bilərsiniz .

    Müxtəlif mənşəli anemiyaların erkən diaqnostikası və müalicə tədbirlərinin individual şəkildə hazırlanması hematologiya şöbəsinin həkimləri tərəfindən həyata keçirilir.
    Hematoloji xəstəliklərin kompleks diaqnostikası, dispanser nəzarəti və müalicəsi:
    • Hemorragik diatezlər
    • Kəskin leykozlar
    • Limfoma (limfoqranulomatoz, limfosarkoma)
    • Miyelom xəstəliyi
    • Talassemiyalar 
    • Xroniki miyeloleykoz
    • Subleykemik miyeloz
    • Eritremiya
    • Eritrositoz
    • Xroniki limfoleykoz
    • Limfoqranulematoz
    • Miyelodisplastik sindrom
    • Aplastik anemiyalar
    • Hemolitik anemiyalar
    • Trombosit xəstəlikləri
    • Müxtəlif mənşəli qan azlığı (anemiyalar)

    Yardımçı bölmələri:
    • Qan bankı
    • Aferez bölməsi (qanın bütün komponentlərin hazırlanması)
    • Sümük iliyi aspirasiyası və analizi
    • Sümük iliyinin transplantasiyası

    Diaqnostika üçün laboratoriya müayinələrin geniş spektri, sümük iliyinin, limfa düyünlərinin punksiyası, biopsiyası və histomorfoloji, immunositoloji və sitogenetik analizlər istifadə olunur.

    Eyni zamanda xəstələrə poliklinika, ambulator və stasionar şəraitdə xidmət göstərilir. Gündüz stasionarı şəraitində xəstələrə ən müasir protokollarla kimyəvi terapiya xidmətləri göstərilir.

  • Nefrologiya

    +

    Nefrologiya bölməsində böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrə yüksək səviyyəli ambulator xidmətlər göstərilir. Bu sahədə ixtisaslaşmış həkim-nefroloqların nəzarəti altında müayinələr aparılaraq, xəstələrdə olan halsızlığın, qan təzyiqinin artmasının, tezləşmiş sidiyin, ağrı hissiyyatının, qan və sidik analizlərində baş verən dəyişikliklərin səbəbləri aydınlaşdırılaraq, düzgün müalicə təyin olunur.

    Siz aşağıdakı hallarda həkim-nefroloqa müraciət edə bilərsiniz! 
    • Şəkərli diabet
    • Hipertoniya xəstəliyi (yüksək qan təzyiqi)
    • Qlomerulonefrit
    • Böyrəklərin polikistozu
    • Dərman maddələrinin yan təsiri
    • Böyrək daşı xəstəliyi
    • Birləşmiş toxuma xəstəlikləri

    Terapiya şöbəsində istifadə olunan diaqnostika və müalicə üsulları:
    • Böyrəyin biopsiyası-xəstəliyin toxuma diaqnozunun dəqiqləşdirilməsi
    • Sidik yollarının USM
    • Kompüter tomoqrafiyası
    • Angioqrafiya
    • Ekskretor uroqrafiya
    • Bütün növ hemodializ üsulları
    • Peritoneal dializ

    Terapiya şöbəsində geniş spektrdə nefrolojı xəstəliklərin müayinəsi və müalicəsi aparılır:
    • Kəskin və xroniki böyrək çatışmazlığı
    • Kəskin və xroniki qlomerulonefrit
    • Kəskin və xroniki piyelonefrit
    • Birləşdirici toxumanın sistem xəstəliklərində ikincili qlomerulonefritlər və qurdeşənəyi mənşəli nefritlər
    • Sidik yollarının müxtəlif etiologiyalı infeksiyaları
    • Böyrək daşı xəstəliyi
    • Urat nefropatiyası
    • Diabetik nefropatiya
    • Böyrək zədələnməsi ilə hipertoniya xəstəliyi
    • Böyrəklərin amiloidozu
    • Xroniki interstisial nefrit
    • Böyrəklərin dərman zədələnməsi
    • Anemiyaların korreksiyası

    Vaxtında başlanan müalicə fəsadların yaranmasının qarşısını alır və xəstənin həyatı funksiyalarının bərpasına və eyni zamanda işgüzarlığının artmasına imkan verir.

  • Nevrologiya

    +

    Terapiya şöbəsinin Nevralogiya bölməsində  xəstələrə həm təcili, həm də planlı tibbi xidmət göstərilir. Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarının, damar ensefalopatiya, insult və radikulitlərdən sonrakı vəziyyətlərdə müalicəsi üçün Nevrologiya şöbəsi böyük təcrübə qazanılmışdır. Şöbədə daima yeni effektiv müalicə üsulları və metodları geniş şəkildə tətbiq olunur.
    Komfortlu şərait və yeni tibbi texnologiyalarla daim xəstələrə xidmət göstərməkdə davam edirik.

    Xidmətlərimiz:
    • Nevroloji ambulator xidmət
    • Klinikada yatan nevroloji xəstənin təqibi və müalicəsi
    • Neyrofizioloji xidmət: Elektroensefaloqrafiya(EEQ), Elektromioqrafiya(EMQ)
    • Psixoterapiya
    Nevrologiya şöbəsində müalicə olunan xəstəliklər:
    • Serebrovaskulyar xəstəliklər (kəskin işemik insult, beyin qanamaları, vertebrobazilyar çatışmazlıq, beyin qan dövranının keçici pozğunluqları) 
    • Epilepsiya (generalizə olunmuş və fokal tutmalar, epileptik status) 
    • Degenerativ xəstəliklər (Alzheimer, Pik, Vilson, vaskulyar mənşəli demanslar)
    • Yan amiotrofik skleroz (ALS) və hərəkət pozğunluqları (Parkinson, distoniya, tik, essensial treomor, narahat ayaq sindromu, diskinezlər və s.)
    • Demielinizasiyon xəstəliklər (dağınıq skleroz-MS, kəskin demielinizasyon ensafolomielit)
    • Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri (meningit, ensefalit, mielit)
    • Baş ağrıları (vaskulyar gərginlik, servikogen başağrıları, temporal arterit, nevralgiyalar)
    • Nevropatiyalar (toksik, metabolik, Guillen-Barre xəstəliyi, immun nevropatiyalar)
    • Sinir-əzələ keçiriciliyi pozğunluqları (Miasteniya gravius)
    • Başgicəllənmə (santral və periferik vertigo, pozisyonal paroksizmal vertigo)
    • Boyun və bel ağrılarının diaqnozu və müasir müalicəsi.
    • Əzələ xəstəliklərinin (miopatiyalar) diaqnozu, müalicəsi və reabilitasiyası.

  • Onkologiya

    +

    Terapiya şöbəsinin onkologiya bölməsində “ Xərçəng əleyhinə ” tədbirlər proqramı həyata keçirilir, bu da xərçəngin erkən diaqnostikası və müalicəsi üçün effektiv üsullardandır. Bu proqramdan onkoloji bölmədə profilaktik məqsədlər üçün də istifadə olunur:
    1. Xərçəngin ilkin profilaktikasına aiddir:
    • Kanserogenlərin zərərli təsirindən qorunmaq
    • Qidalanmanın və həyata baxışın normallaşması
    2. İmmunitetin zərərli faktorlara qarşı gücləndirilməsi
    3. Xərçəngin ikinci növ profilaktikasına aiddir: 
    • Yüksək riskli xərçəng xəstələrinə mütəxəssis nəzarəti
    • Xərçəng önü xəstəliklərin müayinə və müalicəsi
    4. Xərçəngin erkən diaqnostikası 
    5. Xərçəngin üçüncü növ profilaktikasına aiddir: 
    • Müalicə olunmuş xəstələrdə residiv və metastazların qarşısının alınması 
    Beynəlxalq standartlara uyğun olaraq sağlam şəxslərdə də, yaşı nəzərə alaraq skrininq proqramları həyata keçirilir:
    • 25-yaşdan yuxarı qadınlarda—uşaqlıq boynunun xərçənginin skrininqi
    • 45-yaşdan yuxarı qadınlarda—süd vəzi xərçənginin skrininqi 
    • 50-yaşdan yuxarı kişilərdə və qadınlarda--kolorektal xərçəngi və mədə xərçəngi skrininqi 
    • 50-yaşdan yuxarı kişilərdə--prostat vəzi xərçənginin skrininqi 

    Onkologiya bölməsində aparılan əsas tibbi xidmətlər 
    • Ambulatoriya səviyyəsində müasir və yüksək texnoloji onkodiaqnostika, onkomarkerlərlə müayinə 
    • İndividual proqram üzrə xərçəng önü xəstəliklərə baxış və skrininq.
    • Aparıcı mütəxəssis tərəfindən risk faktorlarının aşkarlanması və onkoloji xəstəliklərin təyini 
    • Xəstəliyin ilkin simptomlarının aşkarlanması və müalicəsi 
    • Rentgen və USM nəzarəti altında törəmələrin punksion biopsiyası 
    • Bəd xassəli törəmələrin intraoperasyon sitodiaqnostikası 
    • Onkoloq-mammoloqun konsultasiyası.
    • Müasir texnologiyalar vasitəsi ilə və kimyəvi dərmanlarla bəd xassəli törəmələrin müalicəsi:
    1. Süd vəzi
    2. Mədə
    3. Ağ ciyər
    4. Qara ciyər, öd kisəsi və öd axarı şişləri
    5. Yoğun bağırsaq (S-vari, düz bağırsaq)
    6. Prostat vəzi
    7. Mədəaltı vəzi
    8. Yumşaq toxumaların şişləri
    9. Yumurtalıq
    10. Uşaqlıq, uşaqlıq boynu
    11. Baş-boyun şişləri
    12. Xaya
    • Gecikmiş onkoloji xəstəliklərin stasionar şəraitində simptomatik dərman müalicəsi 
    • Süd vəziləri xərçənginin erkən diaqnostikası

  • Pulmonologiya

    +

    Pulmonologiya bölməsində bronx-ağciyər xəstəliklərinin - bronxit, pnevmoniya (ağciyərlərin iltihabı), bronxial astma və s. müalicəsi aparılır. Bəlğəmin bakterioloji müayinəsi, immunoloji vəziyyətin müayinəsi, bronx-ağciyər sistemində iltihabı prosesin aktivlik dərəcəsinin və. s yoxlanılması peşəkar həkimlər tərəfindən və müasir üsullar ilə həyata keçirilir.

    Mərkəzi Klinikada xəstələr üçün yaradılmış rahat şərait, həkimlərin peşəkarlığı və müalicənin müasir üsullarla aparılması xəstələrin tez bir zamanda sağalmasına zəmin yaradır.
    Pulmonologiya bölümündə aşağıdakı xəstəliklərin diaqnostika və müalicəsi aparılır:

    Yuxarı və aşağı tənəffüs orqanlarının kəskin respirator infeksiyaları:
    • KRVİ 
    • Kəskin Bronxit
    • Faringit 
    • Traxeit 
    • Pnevmoniya  
    Ağciyərlərin xroniki xəstəlikləri (aşağı tənəffüs yolları):
    • Xroniki bronxit 
    • Emfizema 
    • Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri 
    • Bronxial astma 
    • Bronxektaziya xəstəliyi 
    Xarici faktorların təsiri ilə yaranan ağciyər xəstəlikləri:
    • Kömürçü pnevmokoniozu (asbestdən və tərkibində silisium olan digər mineral maddələrdən başlayaraq) 
    • Qaz, tüstü, buxar və digər kimyəvi maddələrlə tənəffüs zamanı yaranan respirator xəstəliklər 
    • Tənəffüs orqanlarının digər xəstəlikləri:
    • Fibrozlaşmış alveolit 
    • Plevritlər 
    • Aspergillyoz 
    • Bronxiolit 
    • Ağciyərlərin infarktı 
    • Ağciyərlərin kandidozu 
    • Pnevmoskleroz
    • Sarkoidoz 
    • Hiperventilyasiya sindromu 

    Klinikamızda aşağıdakı müayinə üsullarından istifadə olunur: 
    • Ağciyər və döş qəfəsi xəstəliklərinin diaqnostikası və müalicəsi 
    • Tənəffüs funksiya testləri 
    • Açılma testi 
    • Bronx-provokasiya testi 
    • Maksimal ventilyasiya həcmi 
    • CO diffuziya testi 
    • Adi spirometriya 
    • O2 yuma testi 
    • Fiberoptik bronxoskopiya (diaqnostik və müalicəvi)
    • Bronx daxili dərman yeridilməsi 
    • Bronxoskopik biopsiyalar 
    • Transbronxial biopsiyalar 
    • Bronxların lavajı 
    • Bronxo-alveolyar lavaj 
    • Plevral punksiya (torakosentez) (diaqnostik və müalicəvi)
    • Plevrodez (plevra və vərəqlərinin yapışdırılması) 
    • Plevra boşluğunun drenajı 
    • Plevra boşluğunun lavajı 
    • Pnevmotoraks zamanı plevra boşluğunda hava aspirasiyası 
    • Plevra biopsiyası 
    • Transtorakal iynə aspirasiya biopsiyası 
    • Kompüter tomoqrafiya üsulu ilə transtorakal iynə aspirasiyası və Tru-cut biopsiyası 
    • Nebulizator vasitəsi ilə buxar və dərman müalicəsi 
    • Pre-op və Post-op Ağciyərin funksiya göstəricilərinin hesablanması 
    • Saturasiyanın ölçülməsi 
    • Qan qazlarının ölçülməsi
    • O2 terapiya 
    • Həyati göstəricilərə görə süni tənəffüs aparatına qoşma 
    • Diaqnostik dəri testləri 
    • Ağciyərlərin Kompüter Tomoqrafiyası

  • Qastroenterologiya

    +

    Qastroenterologiya şöbəsində aşağıdakı xəstəliklərlə bağlı ambulator xidmətlərdən keçə bilərsiniz: qastrit, xora xəstəliyi (mədə xorası), disbakterioz, kron xəstəliyi, hepatit, xroniki xolesistit və s. 

    Qastrit, hepatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, disbakterioz və həzm sisteminin digər xəstəliklərinin müalicəsində geniş spektrli müasir dərman preparatlarından, efferent terapiya üsullarından-plazmafarez, həmçinin fizioterapiya, masaj və müalicəvi bədən tərbiyəsi üsullarından da istifadə olunur.

    Xəstələrə yeni tibbi metodlar əsasında və müasir texnologiya üsulları ilə xidmət göstəririk.

    Əgər sizdə aşağıda sadalanan simptomlardan hər hansı biri müşahidə olunarsa, mütləq qastroenteroloqa müraciət etməlisiniz.
    • Qarın və xəncərvari çıxıntı nahiyəsində ağrı 
    • Mədədə qıcqırma
    • Qidanın geri qayıtması
    • Ürəkbulanma
    • Qusma
    • Ağızda acılıq
    • Tez-tez gəyirmə
    • Meteorizm 
    • Stulun tezliyinin, konsistensiyasının, formasının dəyişməsi
    • Patoloji axıntıların olması (selik, qan)
    • Bağırsaqların stuldan sonra tam təmizlənməməsi hissiyyatın olması 
    • İştahasızlıq
    • Arıqlama

    Yadda saxlayın ki, erkən diaqnostika və optimal müalicə xəstəliyin gedişatına öz mühüm təsirini göstərir və xəstəliyin ağır fəsadlarla nəticələnməsinə imkan vermir.
    Sizin xidmətinizdədir:
    • Həkimlərin yüksək kvalifikasiyası 
    • Laborator ekspress diaqnostika 
    • Müasir endoskopik avadanlıq 
    • Anesteziyalı ağrısız qastroskopiya və kolonoskopiya müayinələrin aparılması
    • Xora xəstəliyinin və xərçəngin yaranmasına səbəb olan Helikobakter-pilorinin “Qızıl standart müayinə üsulu ilə təyin olunması
    • Rəqəmsal rentgen avadanlığı, KT və MRT 
    • Endoskopiya 
    • Ezofaqo-qastroduodenoskopiya 
    • Rektoskopiya 
    • Rektosiqmoidoskopiya 
    • Kolonoskopiya, anoskopiya 
    • Proktologiya 
    • Terapevtik endoskopiya 
    • ERXPQ (endoskopik retroqrad xolangio-pankreatoqrafiya) 
    • Öd yollarındakı daşların çıxarılması 
    • Öd yollarındakı darlıqların müalicəsi 
    • Öd yolu fistulalarının müalicəsi 
    • Mədəaltı vəzin endoskopik müalicəsi 
    • Qida borusunun varikoz damarlarının sklerozlaşdırıcı müalicəsi 
    • Mədə-bağırsaq sistemi qanaxmalarının müalicəsi 
    • Mədə-bağırsaq sistemindən yad cisimlərin çıxarılması 
    • Perkutan endoskopik qastroskopiya 
    • Mədə-bağırsaq sistemindəki darlıqların balonla dilatasiyası 
    • Mədə-bağırsaq sisteminin poliplərinin endoskopik yolla çıxarılması 
    • Ultrasəs müayinə 
    • Enteral/parenteral qidalanma 
    • Qara ciyərin iynə ilə punksiyası 
    Xəstələrin istifadəsinə qısa müddətdə yüksək keyfiyyəti təmin edən dispanser müayinə və xəstələrə nəzarət xidməti fəaliyyət göstərir.

  • Terapiya

    +

    Orqanizmdə olan hər hansı şikayətlərlə bağlı ilk növbədə həkim-terapevtə müraciət edilir. Həkim terapevt öz ixtisası üzrə olan xəstəlikləri müalicə edir, eyni zamanda müalicə zamanı effektli nəticə əldə etmək üçün xəstədən müxtəlif ixtisaslı konsultant həkimlərin laborator və instrumental müayinələrindən keçməsini tələb edir. Terapevt həkim xəstəni müxtəlif ixtisaslı mütəxəssislərin (cərrah, otolarinqoloq, oftalmoloq, uroloq, proktoloq və s.) müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq, nəticədə müalicə üsulunu özü müəyyənləşdirir.

    Mərkəzi Klinikanın terapiya şöbəsində müxtəlif terapevtik xəstəliklərin diaqnostika və müalicəsi aparılır. Həmçinin Klinikamızda müxtəlif formalı piyləmələr və onların səbəblərini aşkarlamaq üçün individual müalicə üsullarından da istifadə edilir.
    Reabilitasiya proqramının əsasını müalicəvi bədən tərbiyəsi, diyetik qidalanma, müalicəvi masaj, effektiv terapevtik müalicə, fizioterapevtik kompleks proseduralar, əgər ehtiyac olarsa, dərman müalicəsi də tətbiq olunur. 
    Mərkəzi Klinikanın Terapiya şöbəsinin peşəkar həkimləri müasir diaqnostika üsulu və yeni müalicə metodları ilə müxtəlif profilli xəstəliklərə yüksək dəqiqliklə diaqnoz qoyurlar.
    Əsas terapevtik müayinələr:
    1. Terapevtin müayinəsi:
    - xəstəliyə görə
    - profilaktik
    - dispanser
    2. Ambulator, ev, stasionar şəraitdə konsultasiya verilməsi və müalicənin aparılması 
    3. Ümumi diaqnostik müayinələrin təyini 
    4. Erkən mərhələdə xəstəliyin diaqnostikası və xəstənin mütəxəssislərə yönləndirilməsi
    5. Xroniki patologiyalarda xəstələrə dinamik dispanser nəzarət 
    6. Bütün növ vaksinasiyalar
    7. Arayışların hazırlanması

Ad, soyad İxtisas Bölmə
Dr. Aysel Həmzəli Nevropatoloq Nevrologiya
Dr. Azadə Məmmədova Dermatoloq Dermatologiya
Dr. Elnurə Qasımova Hematoloq Hematologiya
Dr. Emin Verdiyev Qastroenteroloq-hepatoloq Qastroenterologiya
Dr. Fatimə Əfəndiyeva Terapevt İntensiv terapiya
Dr. Hüsniyyə Məmmədova Audioloq Audiologiya
Dr. Kərimə Abdullayeva Pulmanoloq-allerqoloq Anesteziologiya
Dr. Lalə Əliyeva Nevropatoloq Nevrologiya
Dr. Laləxanım Babayeva Dietoloq Dietologiya
Dr. Manaf Abbasov Pulmonoloq-Allerqoloq Terapiya
Dr. Mehdi İskəndərli Dermatoveneroloq Dermatovenerologiya
Dr. Mərziyyə Muxtarova Nevropatoloq Nevrologiya
Dr. Nərgiz Əfəndiyeva Qastroenteroloq-hepatoloq Qastroenterologiya
Dr. Ramilə Qəhrəmanova Nevropatoloq Nevrologiya
Dr. Rövşanə Qasımova Reanimatoloq Reanimasiya
Dr. Rəna Nağıyeva Qastroenteroloq Qastroenterologiya
Dr. Rəşadə Əsadova Həkim-ortodont Stomatologiya
Dr. Sevil Quliyeva Endokrinoloq Endokrinologiya
Dr. Sevinc Ələskərova Terapevt Terapiya
Dr. Səbinə Cəfərova Endokrinoloq Endokrinologiya
Dr. Səidə Mahmudova Terapevt-nefroloq İntensiv terapiya
Dr. Zeynəb Allahverdiyeva Onkoloq Onkologiya