Hörmətli Cənablar,
Salam,
Ürək getməsi ilə əlaqədar sizə müraciət edirəm. Bir il bundan öncə yemək süfəsində heç bir səbəb olmadan bir anlıqda rəngim saralıb azacıq tər gələrək, halsız olub bir neçə saniyəlik özümdən gedib yerə yıxıldım. Sonra ayaqa qalxıb heç bir ağrı olmadan əvvəl ki, kimi sağlam özümü hiss etdim. Bu xəstəliyə görə kardiologa müraciət etdim, exokardioqrafiya etdikdən sonra həkim baxıb sağlam oldugumu bildirdi.
Bu yaxınlarda bagda hərəkət edərkən birdən ayaq burxulması oldu, özümü pis hiss edib bir yerdə oturdum yenədə həmin proses baş verdi halsız olub bir neçə saniyəlik özümdən gedib yerə yıxıldım və sonra özümü əvvəl ki, kimi hiss etdim.
Bu xəstəliyİn nə olduğunu və hansı həkimlərə müraciət etmək lazımdır zəhmət olmasa bildirərdiniz.
Öncədən sizə öz təşəkkürümü bildirirəm
Hörmətlə,
Rövşən