-
pattern

Sizin sağlamlığınız bizim məqsədimizdir

    About us
    Haqqımızda

    Mərkəzi Klinika – Səhiyyədə etibarın ünvanı!

    Mərkəzi Klinika Azərbaycanın səhiyyə tarixində özünəməxsus yeri olan, yarım əsrdən artıq fəaliyyət göstərən nüfuzlu tibb müəssisəsidir. Əsası 1965-ci ildə qoyulan klinika uzun illər ərzində dövlət və ictimai xadimlərə yüksək səviyyəli tibbi xidmət göstərmiş, xalq arasında "Leçkomissiya" adı ilə tanınmışdır.

    1999–2001-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xəstəxana əsaslı şəkildə rekonstruksiya olunmuş, beynəlxalq standartlara uyğun yenidən qurularaq Mərkəzi Klinika adını almışdır. 2007-ci ildən etibarən klinika Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyinə verilmişdir. Hazırda Mərkəzi Klinika Xüsusi Tibb Xidmətinin rəisi, dünya şöhrətli alim və həkim, nüfuzlu ictimai xadim, akademik Cəmil Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır.

    Bu gün Mərkəzi Klinika Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən xəstəxana, ambulatoriya və stomatoloji mərkəzləri vasitəsilə əhaliyə yüksək texnologiyalı, müasir və kompleks tibbi xidmətlər təqdim edir. Vaxtilə ölkəmiz üçün əlçatmaz hesab edilən bir çox tibbi xidmətlər və mürəkkəb cərrahi əməliyyatlar, o cümlədən müasir ürək əməliyyatları, angioqrafiya, angioplastika, orqan transplantasiyası (ürək, böyrək, qaraciyər, sümük iliyi və s.), süni mayalanma, eləcə də çoxsaylı mürəkkəb ümumi cərrahiyyə əməliyyatları bu gün klinikada uğurla icra olunur.

    Son dövrlərdə Mərkəzi Klinikada ölkəmizdə və bütövlükdə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq meyit donorundan ürək transplantasiyası uğurla həyata keçirilmiş və bununla da milli səhiyyə tarixində mühüm nailiyyət əldə edilmişdir.

    Bu gün Mərkəzi Klinika milli səhiyyənin inkişafında aparıcı rol oynayan, innovativ tibbi xidmətləri, peşəkar həkim heyəti və pasiyent məmnuniyyətinə əsaslanan fəaliyyəti ilə cəmiyyətin etimadını qazanan, etibarlı və nüfuzlu tibb brendidir.

    About usYüksək ixtisaslı həkimlər
    About usMüasir avadanlıqlar
    About usTəcili zənglər
    About usFərdi yanaşma
    25Təcrübə illəri
    214Mütəxəssis həkimlər
    44+Şöbələr
    50+Tibbi sahələr və ixtisaslaşmalar
    MərkəzlərimizMərkəzlərimizlə tanış olun
    Complex

    Mərkəzi Klinika - Xəstəxana

    Complex

    Mərkəzi Klinika - Ambulatoriya

    Complex

    Mərkəzi Klinika - Stomatologiya

    Complex

    Mərkəzi Klinika - Gəncə Xəstəxanası

    Həkimlərimiz

    Peşəkar komandamız

    Dr. Elvin Çələbiyev
    Onkoloq

    Dr. Elvin Çələbiyev

    Mütəxəssis

    arrow rightbio
    Dr. Aydan Şahbazzadə
    Neonatoloq

    Dr. Aydan Şahbazzadə

    Mütəxəssis

    arrow rightbio
    Dr. Kənan Əhmədov
    Kardioloq

    Dr. Kənan Əhmədov

    Mütəxəssis

    arrow rightbio
    Dr. Sevil Hüseynova
    Stomatoloq

    Dr. Sevil Hüseynova

    Mütəxəssis

    arrow rightbio
    Dr. Məhəmməd Mənsimov
    Travmatoloq-ortoped

    Dr. Məhəmməd Mənsimov

    Mütəxəssis

    arrow rightbio
    Dr. Nicat Bayramlı
    Neyrocərrah

    Dr. Nicat Bayramlı

    Mütəxəssis

    arrow rightbio
    Prof. Dr. Kamran Musayev
    Ürək-damar cərrahı

    Prof. Dr. Kamran Musayev

    Baş həkim (Xəstəxana) / Şöbə müdiri / Mütəxəssis

    arrow rightbio
    Dr. İradə Dəmirova
    Anestezioloq

    Dr. İradə Dəmirova

    Mütəxəssis

    arrow rightbio
    Tibbi Laboratoriya
    Analiz nəticələrinizə onlayn daxil olun
    arrow rightNəticələrə baxın
    Bizimlə əlaqə
    Bu gün görüş təyin edin
    arrow rightQeydiyyatdan keçin