Xəbərlər

Xəstəxanamızda ilk dəfə Dr. Vəli Behbudov tərəfindən Botal Axacağa stent implantasiyası

Bu balaca qızımız çox ciddi sianotik anadangəlmə ürək qüsuru ilə doğulub. Doğulduqdan sonra Botal axacağın bağlanmaması üçün dərhal prostaglandin infuziyası başlanılıb, xəstə ağır vəziyyətdə əməliyyat üçün Mərkəzi Klinik Xəstəxanaya köçürülmüşdür. Həyatının ilk günlərində 3.5 kg-lıq bu balacaya Mərkəzi Klinika Xəstəxanada ilk dəfə invaziv Uşaq Kardioloqu Dr. Vəli Behbudov tərəfindən Botal Axacağa stent implantasiyası icra edildi. 3 gün sonra stabil vəziyyətdə evə yola salındı.Bugün isə  kontrol müayinə məqsədilə bizi ziyarətə gəlib.

Bugünə qədər belə qüsurlarla yenidoğulmuşların həyatının ilk günlərində itirildiyini nəzərə alarsaq , Pediatr Kardioloq Dr.Vəli Behbudovun bu böyük uğuru ilə Azərbaycanda çox sayda körpənin həyatına işıq olacağımıza inanırıq.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):