
Vətən müharibəsində düşmənə qan udduran qazilərimizdən biri də evə yola salındı!
Zəfərlə nəticələnən, vətənimizə qələbə yaşadan 44 günlük vətən müharibəsində Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar.
Kollektivimiz də öz növbəsində "hər şey cəbhə üçün, hər şey qələbə üçün"-şüarı ilə müharibə başlayan gündən etibarən həm arxa, həm də ön
cəbhədə iştirak etdilər. Həm Mərkəzi Klinika Bakı Xəstəxanasında, həm də Mərkəzi Klinika Gəncə Xəstəxanasında hərbi əməliyyatlar zamanı yaralanmış, xüsusən də ağır xəsarətlər almış hərbçilərimiz uğurla müalicə olundu və öz sağlamlıqlarına qovuşdular.
Qələbəni bizə qazandıran, xidmətdə olan bütün əsgər və zabitlərimizə can sağlığı, yaralı hərbçilərimizə isə şəfa diləyirik.
Bütün şəhidlərimizə Allah rəhmət eləsin.