Check-Up-a tələsin, xəstəlikləri qabaqlayın!
“Profilaktika həmişə müalicədən daha yaxşıdır” bütün həkimlər bunu təsdiqləyir və əhaliyə mütəmadi olaraq check-up-dan keçməyi məsləhət görürlər.
Check-Up paket halında hazırlanmış laborator, instrumental və klinik müayinələrdən ibarətdir, insanın sağlamlığı haqqında tam və ətraflı məlumat toplamağa imkan verir. Check-Up paketləri hazırlanarkən yaş, cins, hər hansı sistemin xəstəliklərinə olan risk faktorları nəzərə alınır. Əsasən 40 yaşdan aşağı və yuxarı, ayrılıqda kişi və qadınlar üçün paketlər nəzərdə tutulur. Eyni zamanda müxtəlif terapevtik, onkoloji, kardioloji , bəzi irsi xəstəliklərə, virus hepatitlərinə, osteoparoza və s. xəstəliklərə riski nəzərə alaraq check-up paketi hazırlana bilər.
Check-up-dan nə vaxt keçməli?
Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə check-up 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki check-up-ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.
Mütəmadi aparılan check-up-ların faydası çox böyükdür:
- İlkin profilaktika tədbirləri vaxtında aparılması
- Xroniki xəstəliklərə risk faktorlarının müəyyənləşdirilməsi
- Əvvəl aparılan check up nəticələri ilə müqayisə
- Bəzi xəstəliklərin erkən stadiyada diaqnostikası və müalicəyə başlanılması
- Ümumilikdə sağlam həyat tərzi tədbirlərinin həyata keçirilməsi
Profilaktik tədbirlər özlüyündə üç mərhələdə aparılır:
- Birincili, məsələn vaksinasiya
- İkincili, əgər hər hansı xəstəliyə tutulma riski varsa ona qarşı profilaktik tədbirlər, məsələn qan təzyiqinin normallaşdırılması, qanda lipidlərin tənzimlənməsi
- Üçüncülü, mövcud xəstəliyin ağırlaşmasının qarşısını almaq, məsələn təkrari miokard infarktının və ya insultların profilaktikası
Check-up sizin çox vaxtınızı almayacaq
Check-up-dan keçmək üçün səhər acqarına klinikamıza müraciət etməyiniz kifayətdir. Uyğun check-up paketi seçildikdən sonra qan analizləri, ultrasəs və rentgen müayinəsi aparılacaq və sonda terapevtik baxış keçiriləcəkdir. Tam olaraq 2-3 saat müddətində öz sağlamlığınız haqqında ətraflı məlumat toplayıb lazım olan həkim məsləhətini ala bilərsiniz. Həmçinin, check up paket halında hazırlandığı üçün maddi cəhətdən də tək-tək müayinələrdən daha sərfəlidir.
Check up-a tələsin, xəstəlikləri qabaqlayın!