-
Xəbərlər2025-08-04

Uzm. Dr. Güner Özçelik, uşaq reanimasiyası sahəsində ixtisaslaşmış təcrübəli həkim.

Ətraflı oxu
Uzm. Dr. Güner Özçelik, uşaq reanimasiyası sahəsində ixtisaslaşmış təcrübəli həkim.

Uzm. Dr. Güner Özçelik, uşaq reanimasiyası sahəsində ixtisaslaşmış təcrübəli həkimdir.
2010-cu ildə Ankara Universitetin Tibb Fakültəsini bitirmiş, sonrakı illərdə Türkiyənin müxtəlif aparıcı xəstəxanalarında kritik vəziyyətdə olan uşaqlara tibbi xidmət göstərmişdir.

Təqdim etdiyi xidmət və ixtisaslaşdığı sahələr:

  • Kritik xəstələrin qiymətləndirilməsi və monitorinqi
  • Şokda olan xəstələrin diaqnoz və müalicəsi
  • Sepsis, ARDS, çox orqan çatışmazlığı
  • Kəskin tənəffüs və ürək çatışmazlığı
  • Kardiopulmonar reanimasiya (CPR), ritm pozğunluqları
  • ECMO,mexanik ventilyasiya (invaziv və non-invaziv)
  • Yataq başı ağciyər ultrasəsi (POCUS)
  • Sümük içi (intraosseöz) damar yolu, mərkəzi venoz arterial kateterlər
  • CRRT, PEX və plazma dəyişimi prosedurları
  • Travmatik beyin zədələnməsi, status epileptikus, koma halları
  • Sedasiya, analjeziya, əzələ paralizi tətbiqi
  • Uzunmüddətli reanimasiya xəstələrinin idarəsi
  • Diabetik ketoasidoz, ciddi zəhərlənmələr, endokrin təcili hallar
  •  

Təhsil

2010–2012 - Amasya Gümüşhacıköy Dövlət Xəstəxanası / Pratisyen həkim

2012–2016 - İzmir Doktor Behçet Uz Uşaq Sağlamlığı və Xəstəlikləri Xəstəxanası / Pediatriya üzrə ixtisas

2016–2017 - Hakkari Dövlət Xəstəxanası / Uşaq sağlamlığı və xəstəlikləri üzrə uzman

2017–2020 - İstanbul Bakırköy Dr. Sadi Konuk Xəstəxanası / Uşaq reanimasiya üzrə əlavə ixtisas

2020–2023 - İstanbul Atakent Acıbadem Xəstəxanası / Uşaq reanimas iya uzmanı

2023–2024 - Adıyaman Universiteti Tibb Fakültəsi /  Uşaq reanimasiya uzmanı

Фотогалерея