-
Xəbərlər2026-11-08

Mərkəzi Klinikada 8 Noyabr-Zəfər Günü münasibətilə görüş keçirilib.

Ətraflı oxu
Mərkəzi  Klinikada 8 Noyabr-Zəfər Günü münasibətilə görüş keçirilib.

Mərkəzi Klinikada 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi veteranları, iştirakçıları və şəhid ailələri ilə görüş keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu qeyd edib. O bildirib ki, 1-ci və 2-ci Qarabağ müharibələrində Mərkəzi Klinika kollektivinin 18 nəfər əməkdaşı iştirak edib. Baş direktor vurğulayıb ki, torpaqlarımızın müdafiəsində, ölkəmizin bütövlüyü uğrunda mübarizə aparan hər bir həmvətənimiz yüksək hörmət və ehtirama layiqdir.
Daha sonra müharibə veteranları – həkim-stomatoloq Dr.Taleh Ağamalıyev, mühafizəçi Nəcəf Məhərəmli çıxış edərək Vətən müharibəsində keçdikləri döyüş yolundan, Stomatologiya şöbəsinin müdiri Elçin Əsədov isə həkimlərin yaralı əsgərlərə göstərdikləri tibbi yardımdan, xatirə və təəssüratlarından danışıblar. Onlar dövlətin və Mərkəzi Klinika kollektivinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşlara həsr edilmiş video-çarx izləyiblər.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Фотогалерея

Видео