• Ümumi məlumat
  • Həkimlər

Mərkəzi Klinika Xəstəxanada müasir standartlara cavab verən “Anesteziologiya və Əməliyyatxana” şöbəsi fəaliyyət göstərir. Əməliyyatxana şöbəsi dörd əməliyyat otağından (1 və 2 böyük, 3 və 4 kiçikəməliyyat otaqları) ibarətdir. Burada acıq ürək əməliyyatları və böyük həcmli əməliyyatlar icra olunur. Həmçinin əməliyyatxanada süni mayalanma otaqları fəaliyyət göstərir. Anestezioloji şöbənin tibbi heyəti həm anesteziyaya hazırlıqda, həm onun aparılmasında, həm də əməliyyatdan sonrakı dövrdə xəstə ücün bütün mərhələlərdə komfortlu şərait yaradır.

Əməliyyatxana şöbəsində aparılan əməliyyatlar:

Açıq ürək əməliyyatları; Uşaqlarda (14 günlük uşaq daxil olmaqla) anadan gəlmə ürək güsurları: Tetrado Fallo, Pentado Fallo, maqistral damarların transpozisiyası və s. əməliyyatlar icra olunur. Böyüklərdə: qazanılmış ürək qüsurları, koronar arteriyaların şuntlanması, aorta və maqistral damarların rekonstruktiv əməliyyatları, ASD, VSD və s. əməliyyatlar həyata keçirilir.

Həmçinin Bizim klinikada laporoskopik və endoskopik üsulla əməliyyatlar həyata keçirilir. 

Beyin cərrahiyəsində endoskopik (endoskope: KARL STORZ) və mikroskopik (mikroskope CARL ZEİSS S88) üsulla transfenoidal hipofizadenomaektomiya, anevrizmalar, intrakranial malformasion kavernomalar, 4 mədəcik şişləri, kraniofarinqiomalar və s. əməliyyatlar həyata keçirilir. Həmçinin endoskopik üsulla uroloji: transuretral prostat rezeksiyası, perkutan nefrolitotomiya və ginekoloji: transvaqinal histeroskopiya, transvaqinal histerektomiya və s. əməliyyatlar icra olunur.  

Qulaq burun bogaz cərrahiyyəsində mikroskopik və endoskopik üsullarla bir çox əməliyyatlar icra olunur.  Bunlardan: endoskopik üsulla adenoidektomiya, yuvenil anqiofibromanın eksiziyası, düz larinqoskopiya, qırtlaq biopsiyası, FESS əməliyyatları, mikroskopik üsulla qulaq əməliyyatları və s. yalnız bizim klinikada türk və yerli həkimlər tərəfindən həyata keçirilir.

Xəstə üçün anesteziya növünün secimi vacib amillərdən biridir. Bizim klinikada istifadə olunan anesteziyanın növləri: vena daxili anesteziya (larenqeal mask ilə), ümumi anesteziya və regionar anesteziya.  Ümumi anesteziya zamanı çətin intubasiyalarda KARL STORZ endoskopun köməyi ilə aparılır. Regionar anesteziya çox geniş istifadə olunur: epidural, spinal, sakral, kubital, lumbal bloklar, pereferik sinir blokları, aksillar blok və s. Keser əməliyyatı zamanı epidural anesteziya çox üstünlük verilir. Həmçinin reqionar anesteziya doguşlardada istifadə olunur.

Anesteziologiya şöbəsində çalışan mütəxəssislər periodik olaraq beynalxalq anestezioloji konfranslarda və simpoziumlarda iştirak edirlər və orada əldə etdikləri yeni müasir məlumatları öz gündəlik fəaliyyətində tətbiq edirlər.

Ad, soyad İxtisas Bölmə
Dr. Asəf Məmmədov Anestezioloq Anesteziologiya və Əməliyyatxana
Dr. Aygün Fərzəliyeva Anestezioloq Anesteziologiya və Əməliyyatxana
Dr. Aygün Tarverdiyeva Anestezioloq Anesteziologiya və Əməliyyatxana
Dr. İradə Dəmirova Anestezioloq Anesteziologiya və Əməliyyatxana
Dr. Nigar Şadlinskaya Anestezioloq-Reanimatoloq Anesteziologiya və Əməliyyatxana
Dr. Pərvanə Qurbanova Anestezioloq-Reanimatoloq Anesteziologiya-Əməliyyatxana